Şrift:
Eurovision-2014 mahnı müsabiqəsinin bütün finalçıları müəyyənləşib
09.05.2014 [10:49] - Gündəm, Mədəniyyət
Bu gün baş tutan 2-ci yarımfinal qalibləri ilə finalda iştirak edəcək 26 ölkənin siyahısı tamamlandı

Mayın 9-də “B and V” arenada “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edən 15 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı baş tutub. Finala vəsiqə qazanmış ölkə təmsilçiləri öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların finalda hansı hissədə çıxış edəcəkləri püşkatma ilə müəyyənləşib. Mayın 10-da keçiriləcək final konsertinin birinci hissəsində 2-ci yarımfinal qaliblərindən Polşa, Rumıniya, Norveç, Yunanıstan, Belarus, Avstriya təmsilçiləri çıxış edəcəklər. Şounun ikinci hissəsində isə İsveçrə, Sloveniya, Malta və Finlandiya təmsilçiləri yer alacaqlar.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed