Şrift:
Güney Azərbaycanda və Iranda bu həftənin ictimayi–siyasi mənzərəsi
17.05.2014 [09:07] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı


Bu həftəki icmalda Güney Azərbaycan və iranda ictimai-siyasi vəziyyətin mənzərəsi əsasən ölkə daxilində özəliklə Güney Azərbaycanda hökm sürən iqtisadi böhran, milli və siyasi fəallara qarşı rejim tərəfindən davmlı olaraq tətbiq olunan təqib, təziq, həbs, işkəncə, rejim tərəfindən qurudulmaqda olan Urmu gölünün acınacaqlı durumu və İran rejiminin dəstəyilə Qərbi Azərbaycanın terrorçu kürdlərın nəzarətinə verilmə təhlükəsi haqda məlumatları oxucularımızın diqqətinizə çatdırırıq. Ötən icmalrımızda İran rejiminin qoruyucusu olan İnqilab Keşikçiləri Korpusunun (Sepahe pasdaran) qondarma bir maliyə layihəsi olan “Şəfamehr” haqda məlumat vemişdik. Həmin layihə əsasında əhalinin dar günə saxladığı nəğd pul və qızıl-zinət əşyalrını həmin müssisə aldadraq öz şəxsi hesablarına yatırtmış və güya onlara aylıq müyyən məbləğdə maliyə yardım edəcəklərinə söz vermişlər lakin bir müddət sonra məlum olub ki, rejim həmin pulları artıq mənimsəyib və naməlum mqəsədlər üçün xərcləyib.
Ümüdlərini həmin pullara və qızıl zinət əşyalarına bağlayan yoxsul durumda yaşayan əhali lazım olan dövlət orqanlarına müraciət etməklərinə baxmayaraq, nə qoyduqları maliyənin faizini nədə verdikləri pulları geri ala bilmədikləri üçün bəzi şəhərlərdə etiraz aksiyları keçiriblər. Mənbələrimizin verdikləri məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində etiraz mitinqi olub. Şəfamehr müəssisəsinə pul qoyub və ala bilməyən soydaşlarımız etiraz mitinqi keçiriblər. Əsasən İslam İnqilabı Keşikçilər Korpusu üzvləri tərəfindən yaradılan belə maliyyə qurumları əhalinin yüksək miqdarda pulları hesabına həm külli məbləğdə pul qazanıb, həm də çirkli pulları yumaqla məşğul olurlar. Həmin müəssisələr sonda yalandan iflas etdiklərini elan edib, əhalinin qoyduğu pulu belə onlara qaytarmırlar. Həmin müəssisələrdən biri olan Şəfamehrin Təbriz və Mərənddə olan şöbələri də 2 ilə yaxındır nə əhalinin pulunu, nədə pulun faizini onlara qaytarmırlar. Bu da əhalinin ciddi narahatçılığına səbəb olub.
Qeyd edək ki, İranın nüvə silahı yaratmaq istəyi və bunun nəticəsində qərbin iqtisadi sanksiyaları ilə üzləşməsi ölkədə, xüsusu ilə Azərbaycan vilayətlərində əhalinin iqtisadi durumunu çətinləşdirib. Bu səbəbdən İranın müxtəlif bölgələrində iqtisadi səbəblərə görə zaman-zaman etiraz aksiyaları keçirilir.
Bunula yanaşı İran rejimin nüvə silahı istehsal etmək istəməsi və nəticə etibarı ilə qərbin iqtisadi sanksiyaları ilə üzləşməsi Güney Azərbaycan sənayesinə böyük zərbə olub.
Sanksiyalar nəticəsində bütün Azərbaycan əyalətlərində fabriklər və sənaye müəssisələri bağlanmaqdadır. Azərbaycanın bütün bölgələrində yüzlərlə sənaye müəssisəsi bağlanıb. Rejimin yanlış siyasəti nəticəsində işsizlik bu vilayətdə hədsiz dərəcədə çoxalıb. Bu barədə Ərdəbilin Sənaye Şəhərciyi Şirkətlərinin icraçı müdiri İbrahim Fəridi danışıb. O, artıq 126 sənaye müəssisəsinin bağlanmasını etiraf edib.

Bundan öncə isə başqa bir məsul şəxs vilayətin sənaye layihələrinin 80 faizinin dayandırıldığını bildirmişdi.
Bütün bu çətinliklərlə yanaşı Güney Azərbaycanın qərb bölgələri o cümlədən Urmiyə şəhəri kürd terrorçularının göz tikdiyi bir ərazidir.
Bu bölgədə uzun illərdir kürd terrorçuları müxtəlif terrorçu təşkilatlar adı altında fəaliyyət göstərirlər. Onlar İran rejiminin, azərbaycan türklərini Qərbi Azərbaycan Vilayətindən müxtəlif vasitələrlə köç etdirmək məqsədini hiss etdikcə daha da sərt mövqe sərgiləyirlər. Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları, təkcə terror təşkilatları vasitəsi ilə deyil, İran parlamentindəki kürd millət vəkilləri, kürd mediası və diaspor vasitələri ilə də gündəmə gətirilir. Bu barədə saytımızda zaman-zaman geniş məlumatlar yayılıb.
Bu dəfə isə kürd terrorizminə xidmət edən bir sayt Urmiyəni Kürdistan kimi göstərib. Mayın 13-də Urmiyə ətrafındakı kəndlərin birində zibil toplanması ilə bağlı yayılan xəbərdə, Urmiyə şəhəri Kürdistanın bir hissəsi kimi qələmə verilib.
Son günlərdə Türkiyədə kürd partiyasının (“Xalqların Demokratik Partiyası”) üzvü Sürəyya Öndər oxşar iddiada bulunub. S.Öndər öz Facebook səhifəsində Güney Azərbaycanın qərb bölgəsini Şərqi Kürdistan adı altında təqdim edib.
Qeyd etmək lazımdır ki, Türkiyədəki kürd partiya və qurumları, Qərbi Azərbaycan Vilayətinə göz tikən terrorçu kürdlərə yaxından yardım edirlər. Bu barədə dəfələrlə faktlar aşkarlanıb və hətta onların öz dilindən belə eşidilib. Terrorçular Türkiyədə gücləndikcə, Güney Azərbaycana da öz təzyiqlərini artırırlar.Fars molla rejimini anti Türk siyasəti bütün sahəlardə özünü büruzə verir beləki, İran İslam Respublikasının iç üzü ilə tanış olmayan yerli və ya xarici vətəndaşlar, bəzən Urmu gölünün quruması vəya qurudulması mövzusunda müzakirələr aparırlar.

Bu günə qədər Urmu gölünün müəyyən siyasi planlara görə dövlət tərəfindən qurudulmasına dair yüzlərlə ekspert fikir irəli sürüb. Bu təhlilllərin başında Azərbaycan türklərini gölün ətraf bölgəsindən köç etdirib və İranın mərkəzi ərazilərinə yerləşdirmək və Azərbaycanın əzəli torpaqlarında PKK yönlü kürd terrorçularını məskunlaşdırmaq fikri dayanır.

Bu dəfə isə “Urmu gölü quruyur vəya qurudulur?” sualına cavab olacaq daha bir fakt ortaya çıxıb. Məlumata görə, yerli mətbuat Urmu gölü ilə bağlı İranın keçmiş prezidenti Seyid Məhəmməd Xatəmiyə ünvanlanan məktubu dərc etməklə, Xatəmi hakimiyyətinin Urmu gölü məsələsini necə gizlətdiyi ifşa edib. 10 il bundan öncə yazılan məktubda İsa Kəlantəri Seyid Məhəmməd Xatəmiyə Urmu gölü ilə bağlı xəbərdarlıq edib: “Bölgədə Müxtəlif səddlərin tikilməsi Urmu gölünü qurudacaq”

İsa Kəlantəri xəbərdarlıq edib ki, “Əgər bu gedişat davam edərsə, 15-20 il içində Urmu gölü quruyacaq”.

Lakin bu xəbərdarlığa rəğmən Urmu gölü məsələsi nəinki Xatəmi dövründə, hətta hal-hazırda da İran rejiminin gündəminə düşməyib.
Bunlarla yanaşı İran rejiminin həbbsxanalrında sxlanınan Güney Azərbaycan milli hərəkat fəalları həbsxanada və məhkəmələrdədə ayrı seçkiliyə məruz qalırlar milli hüquq və azadlıqlarını sivil yollarla tələb edən soydaşlarımız başqa siyasi fəallara nisbətən dahda ağır ittiham və həbslərə məhu edilirlər və saxlandıqları həbsxanalarda ən ağır şərayitədə təziq və işkəncələrə məruz qoyulurlar.Bir müddət öncə milli fəaliyyətlərinə görə həbs olunaraq hər biri 9 il həbsə məhkum edilən Yeni GAMOH təşkilatının rəhbərliyi onlara çıxarılan ağır həbs cəzasına və saxlandıqları şərayitə etiraz olaraq aclıq aksiylarına başlamışlar və nəticədə milli fəalların sağlamlıq durumları çox ciddi təhlükəyə düşübdür bunlara dəstək olaraq həbsxanada olan başqa milli fəallarda həmin aclıq aksiyalrına qoşulub.
Aclıq aksiyasında olan Güney azərbaycanlı fəal Behnam Şeyxinin həyatı təhlükədədir!r.
Fəalın yaxınlarından biri onunla Evin zindanında şüşə arxası görüşdən sonra fəalın sağlamlıq vəziyyətinin olduqca ağır olduğunu bildirib. Məlumata görə, fəal kəskin arıqlayıb və hətta çətinliklə danışa bilir. Belə ki, fəalın yaxınları belə onu həmin vəziyyətdə tanıya bilməyiblər. Onun 30 kiloqram arıqladığı bildirilir.

Azərbaycanlı fəal Behnam Şeyxi bildirib ki, “vəziyyət belə davam etsə çətin ki, diri qala bilsin. Çünki zindan məsulları qəsdən inad edirlər. Ya işgəncə altında öləcək, ya da günahsız olduğunu sübut edəcək”. Fəal sözlərinin davamında vurğulayıb ki, ana dilində təhsil insanın ilkin haqlarındandır və bunu tələb etmək günah deyil. Rejimin məmurları isə heç bir günahı olmayan fəalı vəhşicəsinə işgəncə edirlər.

B.Şeyxi aprelin 26-da öz ailəsi ilə birinci telefon əlaqəsində 4 gün öncədən quru aclıq aksiyasına başladığını bildirib. Milli-mədəni fəal Tehranın Evin zindanında durumunun qeyri-müəyyən vəziyyətinə etiraz olaraq aclığa başlayıb. O, bir neçə gün sonra quru aclıq aksiyasını dayandırıb, lakin normal aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, ötən 21 fevral-Dünya Ana Dili Günü mərasimi ilə bağlı keçirilən mərasimlə əlaqədar tutulan B.Şeyxinin aclıq aksiyasının artıq 18-ci günüdür. O martın 5-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.
Bu arada həbsdə olan bəzi milli fəallar girov müqavilində azadlıqa buraxılıb.
Təıbrizin mərkəzi zindanından 2 günlük məzuniyyətə buraxılan azərbaycanlı milli-mədəni fəal Mahmud Fəzlinin məzuniyyət müddəti uzadılıb.
Zindan məsulları 660 milyon tümənlik mülki vəsiqə qarşılığında məzuniyyətə buraxılan fəalın məzuniyyət müddətini daha 4 gün artırıblar.

Fəalın cismi vəziyyəti keçən həftələrdə aclıq aksiyası keçirdiyinə görə yaxşı deyil.

Qeyd edək ki, M.Fəzli mayın 8-də Təbrizin mərkəzi zindanından 2 günlük məzuniyyətə buraxılıb. Bu, fəalın məzuniyyət tələbi və səlahiyyətli məsulların razılığından sonra baş tutub.

Keçən günlərdə M.Fəzli mərhum atasının ildönümü mərasiminə qatılmaq məqsədi ilə məzuniyyət tələbində bulunub, lakin məsullar qanunsuz olaraq bu tələbi təmin etməmişdilər.

Xatırladaq ki, Mahmud Fəzli qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğ etməkdə günahlandırılaraq 9 il həbsə məhkum edilib. Eyni ittihamlarla Ayət Mehrəlibəyli, Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə də 9 il həbs cəzasına məhkum edilib.
Hazırda Tehranın Evin zindanında aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəallar Həmid Mənafi və Mahmud Ocaqlu barəsində mülki vəsiqə qərarı çıxarılıb.
İslamşəhrin inqilab məhkəməsi fəalların müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqənin təmin olunmasını istəyib.

Qeyd edək ki, ötən 21 fevral-Dünya Ana Dili Günü mərasimi ilə bağlı tutulan azərbaycanlı fəallar H.Mənafi və M.Ocaqlu mayın 8-də aclıq aksiyasına başlayıblar. Bu barədə H.Mənafi öz ailəsi ilə qısa telefon əlaqəsində bildirib. Həmid Mənafi aclıq aksiyasının, hazırda aclıq aksiyasında olan daha bir azərbaycanlı fəal Behnam Şeyxiyə dəstək məqsədi güddüyünü də bildirib. B.Şeyxinin aprelin 22-də (ordibeheştin 2-də) qanunsuz saxlanılmasına etiraz olaraq Evin zindanında aclıq aksiyasına başlayıb. O hazırda ağır ruhi və cismi işgəncələr altında saxlanılır və sağlamlıq durumunun olduqca ağır olduğu bildirilir.

Bildirək ki, H.Mənafi martın 8-i, M.Ocaqlu martın 9-u və B.Şeyxi martın 5-də tutuqlanıb.

Xatirladaq Ki, həmin dosye (Dünya Ana Dili Günü mərasimi) ilə bağlı tutuqlanan milli-mədəni fəal Əkbər Azad hazırda Evin zindanında həbsdə saxlanılır. O, şiddətli medə ağrısından əziyyət çəkir. Əlirza Fərşi, Rüstəm Kazimpur və Mənsur Fəthi isə saxlanma müddətlərini başa vurduqdan sonra ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Güney Azərbaycanda Milli kimlik uğrunda dinc mübarizlər, Azərbaycan Respublikasının bayrağı fonunda şəkil çəkdirdikləri üçün tutulan fəallar Məhəmməd Təməddün və Yasər Əkbəri azadlığa buraxılıb.Fəalların Urmiyanın Doqquzpillə həbsxanasından müvəqqəti azadlığa buraxılması ailələrinin qoyduğu mülk girovu qarşılığında mümkün olub.

Fəallar tutularkən mobil telefonları və planşetləri götürülüb. Mayın 11-də fəalların məhkəməsi keçirilsə də, qərar haqda hər hansı bir məlumat yayılmayıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları urmiyalı fəalları mayın 8-də “Əlqədir” idman zalında keçirilən beynəlxalq karate yarışlarında Azərbaycan bayrağı ilə xatirə şəkli çəkdirdikdən sonra tutub aparmışdılar.Azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı bilinmir.
Mayın 14-də Urmiyənin mərkəzi zindanında məhkəmə qərarı ilə 4 məhbus edam edilib.İki gün öncə Vəhid Pejuhide, Qadir Ənbəri, Aslan Əmuyi milan, Kamal Xalidi və kimliyi məlum olmayan daha bir məhbus zindanın təknəfərlik məhbəsinə intiqal edilib.Hökmün icrası üçün təknəfərlik məhbəsə köçürülün məhbuslardan yalnız Kamal Xalidi ümumi bölümə qaytarılıb, digər 4 məhbus edam edilib.Edam olunanların hamısı qətl törətməkdə ittiham edilib.Qeyd edək ki, keçən il İranda insan haqları fəalları kollektivi bu zindanda 170 nəfərin edam edildiyini müəyyən edib.
Martın 14-də axşam saatlarında ailəsinin qoyduğu 300 milyon tümənlik mülk girovu qarşılığında Tehranın Evin həbsxanasında sərbəst buraxılıb.Qeyd edək ki, B.Şeyxi martın 5-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən iş yerində tutulub. Onun iş yerində yoxlama aparılıb, bir sıra şəxsi əşyaları müsadirə edilib. Azərbaycanlı fəal qanunsuz həbsinə, zindanın ağır şəraitinə və məmurların kobud rəftarına etiraz əlaməti olaraq Tehranın Evin həbsxanasının 209-cu korpusunda 11 gün aclıq aksiyası keçirdiyindən səhhəti kəskin pisləşib və nəticədə bir neçə dəfə zindan klinikasına köçürülüb.Bundan əvvəl B.Şeyxi 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində öz mənzilində həbs edilib. ETTELAAT əməkdaşları onun evində və iş yerində axtarışlar aparıb, fəala məxsus kitabları, əlyazmaları, CD-ləri, kompüteri, ailəvi şəkil albomunu müsadirə ediblər. B.Şeyxi 25 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasına, daha sonra Təbriz şəhərinin mərkəzi həbsxanasının karantin bölümünə köçürülüb. Azərbaycanlı fəal 2011-ci il noyabrın 5-də 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. B.Şeyxi Rəhim Həmlbərin sədrliyi altında Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilən prosesdə hakimiyyət əleyhinə təbliğat aparmaq və ictimai təhlükəsizliyi pozmaq ittihamı ilə mühakimə olunub. Məhkəmə onu hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 6 ay həbs cəzası kəsib.Azərbaycanlı fəal 2009-cu il iyunun 9-da da İranın eks-prezidenti Məhəmməd Xatəminin azərbaycanlıları təhqir etməsinə etirazını bildirdiyinə görə Tehranda öz mənzilində həbs edilib. B.Şeyxi 55 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz yığıncaqlar təşkil etməkdə günahlandırıb. B.Şeyxi həmçinin 2008-ci il noyabrın 17-də Rey şəhərində Səttarxanı anma mərasimində və 2006-cı ilin mayında “İran” qəzetində azərbaycanlıların hamam böcəyinə bənzədilməsinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar zamanı da həbs edilib.
Güney Azərbaycanlı milli-mədəni fəal Əli Xeyrcu şərti əfv qərarı ilə azadlığa buraxılıb.Milli-mədəni fəal mayın 14-də Ərdəbil zindanından sərbəst buraxılıb. O 2011-ci il yayda Urmu gölü etirazları ilə bağlı tutuqlanmışdır.İlk öncə azərbaycanlı fəal barəsində daha ağır məhkəmə qərarı çıxarılmışdır. Lakin onun vəkili Səməd Mənafinin səyləri nəticəsində apelyasiya məhkəməsi azərbaycanlı fəalın həbs cəzasını 6 aya qədər azaldıb və onun həbsini Kirmanşahda deyil, Ərdəbildə çəkməsinə şərait yaratmışdır.Fəal fevralın 18-də həbs cəzasını çəkmək üçün Ərdəbil zindanına salınıb.Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəallaiyyətlərinə görə dəfələrlə ttutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.


Bu arada dünyada və bölgədə sülhdən danışan Xamnei ölkənin hərbi gücünün artırılması haqqında çağırış edib!
İranın ali dini lideri Əli Xamneyi İranın hərbi gücünü daha da artırması yönündə çağırış edib. Dini lider qeyd edib ki, Qərb ölkələrinin İrandan raket proqramını məhdudlaşdıracağını gözləməsi "axmaq və boş" fikirdir.
"Onlar bizdən raket istehsalını məhdudlaşdırmağı tələb edir. Özləri isə, daimi olaraq hərbi təhdidləri artırırlar. Bu düşünülməmiş bir gözləntidir. Əgər İrandan bu addımı atmağı istəyirlərsə, ictimai şəkildə bizi hərbi müdaxilə planları ilə hədələməməlidirlər. Əks halda, İrandan belə bir addım gözləmək ağılsızlıq olardı. Rəqiblərimiz bilməlidir ki, hərbi müdaxilə halında qarşı tərəf mütləq məğlub ediləcək".
Xamnei İranın İnqılabi Mühafizəçi Qüvvələrini raketləri kütləvi şəkildə istehsal etməyə səsləyib. Onun sözlərinə görə, bu, indi İran hərbiçilərinin əsas vəzifəsinə çevrilməlidir.Bunula yanaşı qərb ölkələrilə nüvə məslələlərini müzakirə edən iran rəsmiləri danışıqlardan müsbət nəticə gözləmədiklərini etiraf edirlər.Beləki,
İSNA-ın verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı açıqlamasında bildirib.
Bununla belə, o, hazırda danışıqlarda atmosfer yaxşı olduğunu deyib.Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşmasının yazılması məqsədilə növbəti nüvə müzakirələri davam edir.Mayın 14-də İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı qərargahında başlayan danışıqlar yekun razılaşmanın mətninin yazılması mərhələsinə daxil olub. Mayın 14 və 15-də M.C.Zərif və K.Eştonun rəhbərliyi altında iki görüş keçirilib. Eyni zamanda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə A. Əraqçı iki dəfə bir araya gəliblər. Bundan əlavə, mayın 15-də M.C.Zərif və K.Eşton arasında qapalı qapılar arxasında 3.5 saat davam edən təkbətək görüş baş tutub.İran tərəfinin “altılıq” ölkələrinin bəziləri ilə ikitərəfli görüş keçirəcəyi qeyd olunur. Eyni zamanda A.Əraqçı və H.Şmidt mayın 16-da üçüncü dəfə bir araya gələcəklər. Müzakirələrin bu gün başa çatacağı gözlənilir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yardımçısı Süzan Rays mayın 12-si Vaşinqtonda, İsrailin müstəqillik günü ilə bağlı toplantıda çıxış edərək Qərblə İran arasında nüvə müzakirələrindən danışıb.Süzan Rays deyib ki, İran apardığı nüvə fəaliyyətinin dinc xarakter daşıdığını sübuta yetirməlidir: “Əgər İran məsələnin mahiyyəti ilə əlaqədar bizi qane edə bilməsə, yekun nüvə razılaşması da olmayacaq. Biz yalnız o vaxt razı qalacağıq ki, İran danışmaq yerinə əməli addımlar atsın və dediklərinin düzgün olduğuna bizi əmin etsin.Hamımız problemin diplomatik yollarla həll olunmasına töhfə verməliyik. Hamımız bunun üçün məsuliyyət daşıyırıq. Lakin bunu da bilmək lazımdır ki, ABŞ yalnız söz eşitməklə razı qalmayacaq”.Süzan Rysın çıxışı İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı növbəti danışıqlarından bir gün əvvələ təsadüf edib. Nüvə danışıqları mayın 13-də Avstriya paytaxtı Vyanada davam etdirilir.
Bununla yanaşı2013-cü ildə Ermənistanla İran arasında ticarətin həcmi artaraq 293 milyon dollara çatıb.Erməni mətbuatının verdiyi xəbərə görə, bu barədə İranın Ermənistandakı səfirliyinin mədəniyyət üzrə attaşesi bildirib.
Onun sözlərinə görə, ötən il İran Ermənistana 198 milyon dollar həcmində mal ixrac edib. Müsbət saldo isə 103 milyon dollar olub.Bundan az öncə Ermənistanın İrandakı səfiri Qrikor Arakelyan iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin hazırlandığını bəyan eləmişdi.


MDHP Güney Azərbaycan Departamentinin rəhbəri
Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed