Şrift:
Gənc Tamaşaçılar Teatrında Sarıköynəklə Valehin nağılı tamaşasına ictimai baxış keçirilib
12.06.2014 [11:25] - Mədəniyyət
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın ictimai baxışı keçirilib. Teatrdan APA-ya verilən məlumata görə, İ. Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası iyunun 20-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed