Şrift:
Kanadada azərbaycanlı musiqiçilər konsert verəcəklər
18.12.2011 [10:36] - Mədəniyyət
Kanadanın Riçmond Hill şəhərində azərbaycanlı musiqiçilər Həsən Ənami, Nərminə Əfəndiyeva, Səməd Purmusəvi və Araz Nayeb Paşayi konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə sənətçilərdən Səməd Purmusəvi məlumat verib. Onun sözlərinə görə, “Dünya və Azərbaycan klassik musiqisi” adlı konsert 2012-ci il yanvarın 8-də Riçmond Hill şəhərinin Sənət Mərkəzində keçiriləcək: “Konsert proqramında Azərbaycan və Avropa klassik musiqiləri yer alıb. Həsən Ənami opera müğənnisidir və “Koroğlu” operasından parçalar ifa edəcək. Nərminə Əfəndiyeva fortepianoda, Araz Nayeb Paşayi dəflə, mən isə sazla çıxış edəcəyəm”. Konsertin ingilis və fars dillərində yazılan afişası Kanadanın yerli mətbuatında da dərc olunub.
Qeyd edək ki, konsertə ciddi hazırlaşan azərbaycanlı musiqiçilər Kanadanın Toronto şəhərində yaşayırlar.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed