Şrift:
Azərbaycanın Tarix İnstitutu erməni tarixçilərinin "dəlilləri"ni uydurma adlandırdı
18.12.2011 [09:55] - Xəbərlər
Ermənilər özlərini Qafqazın aborigen əhalisi kimi tədqim etmək istəsələr də biz sübut etdik ki, onlar bu torpaqlara köçüb gəlmədirlər. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.

"Onlar Aralıq dəniz sahillərinə Balkan yarımadasından köçüblər, sonra isə köçlərini Van gölü sahilinə salıblar. Şimali Azərbaycana ermənilər 1804-1812-ci illərdə İran və Türkiyə ilə müharibə nəticəsində Rus imperiyası tərəfindən köçürülüblər. Bu faktlarla bağlı biz ortalığa minlərlə sənəd qoymuşuq", - o deyib.

Erməni tarixçiləri son zamanlar erməni xalqının "Armyanskoye naqorye" deyilən ərazilərdə əzəldən məskunlaşmış xalq kimi təqdim edirlər.

Mahmudov deyib ki, "Armanskoye naqorye" ifadəsi də uydurmadır, çünki dünyanın heç bir yerində heç bir dağ konkret xalqın adı ilə bağlı deyil.

"Onda gərək Kordilyer dağlarını Amerika xalqı öz adı ilə götürəydi, And dağlarını digər xalq mənimsəyəydi, "Qafqaz" adlı bir xalq olaydı. Sadəcə, ermənilər gəlib bu yerlərdə məskən salandan sonra bu yerlərdəki qədim pəhləvi-fars mənbələrində qeyd olunan "Armina" vilayətinin adını özlərinə "erməni" adı kimi götürdülər. Qafqazın dağlarını isə "Armanskoye naqorye" dağları adını qoydular", - o deyib.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi.
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed