Şrift:
“Bu qədər qan töküldükdən sonra elə bir nifrət yaranıb ki, bunu yalnız danışıqlarla aradan qaldırmaq mümkün deyil”
19.12.2011 [19:18] - Xəbərlər
“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər çox vacibdir”.

Bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Bakıda keçirdiyi mətbuat konfransında deyib. “Son yeddi ildə mən hiss etdim ki, sülhə hazırlıq heç vaxt yetərli ola bilməz”, deyə o, söyləyib: “Bu qədər qan töküldükdən sonra elə bir nifrət yaranıb ki, bunu yalnız danışıqlarla aradan qaldırmaq mümkün deyil. İnsanlar arasında da sülh yaratmaq lazımdır”.

B. Fasie icmalar arasında sülhün yaranmasında medianın rolunu xüsusi qeyd edib. O, dini liderlər arasında görüş keçirilməsi ideyasını da dəstəkləyib: “Bu, sülh iqliminin formalaşmasına kömək edər. Bütün kanallardan istifadə etmək lazımdır”.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed