Şrift:
“Ayətullah” Xameneyinin çevriliş xofu
20.12.2011 [16:25] - Güney Azərbaycan-Təbriz
İranın müxalifət saytlarından biri olan “İranglobal” saytı 12 dekabr 2011-ci il tarixində “Peyknet” saytına istinadən xəbər verir ki, son günlərdə Tehranda Sepahe Pasdaranın hərbi bazasında raket sınağı keçirilən zaman baş verən partlayışda Sepahın yüksək rütbəli məmurlarının əli olduğu istisna deyil.
Partlayışdan öncə İranın dini rəhbəri ayətullah Xameneyinin göstərişilə öz iqamətgahında fövqəladə, tam sirli toplantılar keçirilib.
Gizli toplantıda İranın yüksək rütbəli dövlət rəsmiləri iştirak edib lakin onların içərisində Əhmədinəjad və onun komandasından heç kim dəvət olunmayıb və onların qətiyyətlə bu gizli toplantıdan xəbərləri olmamalıymış. Gizli toplantıda İranın keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti, general Əhməd Firuzabadi, Sepahın yüksək rütbəli komaderləri, Cəhaede Xodkəfainin rəisi, İran teleradio şirkətinin rəhbəri, İran Təhlükəsizlik nazirliyinin rəhbərliyi, Sepahın təhlükəsizlik idarəsinin rəhbərləri və Ayətullah Xameneyi iştirak edib. Gizli toplantıda Xameneyi Amerika və İsrailin hədələrinə cavab olaraq bəzi tədbirlərin görülməsini vacib hesab edərək “BEYT” adlı raketin sınaqdan keçirilməsini, televiziya vasitəsilə canlı yayımdan göstərilməsini, Amerika, İsrail əleyhinə aksiyaların keçirliməsini və hərbi təsisatların bəzilərinin yerlərini dəyişdirməyi tapışırıb. Bütün bunlardan ən vacibi ölkədə terror və hərbi çevriliş təhlükəsinin olma ehtimalarından danışaraq, ciddi təhlükəsizlik tədbirlərinin görülməsini tapışırıb. Əhmədinejad orada olmasa da bu toplantının xəbərlərini ona və onun komandasına kim tərəfindən çatdırılması həldə aydınlaşmayıb.
Beyt raketinin sınağı zamanı partlaması və partlayış zamanı bütün şahidlərin ölməsi və Sepah rəsmiləri tərəfindən bu raketin sınaq prosesində A.Xamneyinin iştirak etməsini dəfələrlə vacib olduğunu və israrla tələb etmələri İran təhlükəsizlik orqanlarında və Xameneyinin özündə ciddi şübhələr yaradıb.
Partlayışdan sonra bu günə qədər bu məsələlərlə əlaqədar Xameneyi bir neçə gizli toplantılar keçirərək Haşimi Rəfsəncanilə bu məsələrlə bağlı fikir mübadiləsi aparıb və ölkədə bəzi yüksək rütbəli dövlət adamlarına qarşı terror təhlükəsinin olduğunu bildirib. Xameneyinin özü də bu terror qurbanlarının biri olduğunu söyləyib. Xameneyi Rəfsəncanilə bu təhlükələrin qarşısını almaq üçün ciddi tədbirlər görülməsini və bu istiqamətdə bütün informasiyaları qarşılıqlı müzakirə etməyi tapışırıb. Bu günə qədər bu haqda mətbuatda heç bir məlumat verilməyib. Ancaq belə bir xəbər var ki, Xameneyi Rəfsəncanilə görüşündə Sepahın Xatəmülənbiya qərargahının keçmiş komandiri Sərdar Qasiminin terror olunmasının qarşısını ala bildiklərini demiş və ondan xahiş etmişdir ki, bu isiqamətdə nə məlumat varsa onunla bölüşsün. Rəfsəncani isə bildirmişdir ki, ola bilsin daxilimizə nufuz etmiş casuslar qapalı toplantılar haqda xarici və daxili düşmənlərə məlumat verirlər. Bu görüşdən sonra, yəni son günlərdə Sepahın çoxlu sayda zabiti ETTELAAT tərəfindən sorğu-suala çağrılıb və 12 nəfər Sepah generalı hələ də təhlükəsizlik nazirliyinin təcridxanasında şübhəli şəxslər olaraq saxlanılır. Xameneyinin çoxşaxəli, özəl təhlükəsizlik və mühafizə məmurları ölkədə hərbi çevriliş olacağından və bu çevrilişdə onun ən yaxın qohumlarının və hətta doğma oğlu Hadi Xamneyi də bu çevrilişi hazırlayanların sırasında olduğu haqda ona xəbərdarlıq ediblər. Lakin məsələ o qədər mürəkkəbdir ki, hətta Xameneyi öz mühafizəçilərinin içərisində də bu çevrilişdə əli olanları tapa bilməyib.

Əlirza Amanbəyli

Bu xəbər oxucular tərəfindən 1562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed