27.09.2011 [17:43] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
1 Oktyabr dünyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan Türkləri, Güney Azərbaycan Türkləri ilə həmrəylik məqsədilə bir araya gələcəklər. Azərbaycan Kültür Mərkəzindən Camal Mehmethanoglunun SİA-ya verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd Güney Azərbaycan türklərinə dəstəkolma şüurunu inkişaf etdirmək, Güney Azərbaycan türklərinin azadlıq mübarizəsinə dəstək olmaqdır: “1 Oktyabr Güney Azərbaycan Türkləri ilə həmrəylik günü elan olunub. Bu münasibətlə önümüzdəki bir həftəlik könüllülük əsasında kompaniya keçiriləcək. Kompaniya yaşadığımız şəhərlərdə və facebook qrupunda elan ediləcək. Dünyanın müxtəlif yerlərindəki bütün Azərbaycan və Anadolu türk təşkilatlarını kampaniyamızı gücləndirmək üçün, tədbirlər tənzimləməyə, bütün dostlarımızı bu fəaliyyətlərə və facebook sosial şəməkəsinə qatılmağa dəvət edirik”.
Bu xəbər oxucular tərəfindən 2900 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |