Şrift:
Avropa Birliyi Nazirlər Şurası Azərbaycanla viza rejiminin sadələşdirilməsi haqqında danışıqlara başlamaq üçün Avropa Komissiyasına mandat verib
20.12.2011 [16:36] - Xəbərlər
Avropa Birliyi Nazirlər Şurası Avropa Komissiyasına Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamaq üçün mandat verib.

Bu barədə müvafiq qərar AB Nazirlər Şurasının dünən Brüsseldə keçirilmiş iclasında qəbul edilib.

Müvafiq mandat aldıqdan sonra Avropa Komissiyası Azərbaycanla bu məsələ ilə əlaqədar danışıqlara başlaya biləcək. Avropa Komissiyası müvafiq mandat verilməsi üçün AB Nazirlər Şurasına sentyabrın 19-da müraciət edib.

Viza rejiminin sadələşdirilməsi Azərbaycanla viza rejiminin ləğv edilməsini deyil, viza almaq üçün zəruri olan sənədlərin və müvafiq rüsumun azaldılmasını, həmçinin tələbələr, idmançılar, jurnalistlər, iş adamları üçün sadələşdirilmiş vizanın verilməsini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed