Şrift:
Davudoğludan Fransaya sərt mesaj: "Biz bunu yaddaşımızdan silməyəcəyik"
22.12.2011 [12:09] - Gündəm
Bu gün Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edəcək və səsverməyə çıxaracaq. Qanun layihəsi ilə bağlı ilk çıxışı hakim Xalq Hərəkatı Birliyi Partiyasının deputatı, layihənin təşəbbüskarı Valerie Boyer edəcək. Daha sonra siyasi qrupların təmsilçiləri və hökumət adına bir nazir bununla bağlı danışacaq. Qanun layihəsinin parlamentdə qəbul edilməsi onun qüvvəyə minməsi anlamına gəlmir. Əgər Senat aşağı palatanın qəbul etdiyi qanun layihəsini qəbul edərsə və prezident Nikola Sarkozi bunu imzalayarsa, qanun rəsmi qəzetdə dərc olunduqdan sonra qüvvəyə minəcək. Bu halda “erməni soyqırımı”nı inkar edənləri 1 il azadlıqdan məhrumetmə və 45 min avro cərimə gözləyir.


Qanun parlamentdə qəbul ediləcəyi halda Türkiyə Fransadakı səfiri Tahsin Burcuoğlunu geri çağıracaq. Nazir və millət vəkillərinin Fransaya səfərləri də təxirə salınacaq. Bunun iki ölkə arasındakı iqtisadi münasibətlərə də böyük zərər vuracağı gözlənilir. Fransanın bu ilin ilk 10 ayında Türkiyəyə ixrac etdiyi məhsulların dəyəri 5 milyard 693 milyon avrodur. Fransa bu ilin 10 ayı ərzində Türkiyədən 4 milyard 929 milyon avro məhsul idxal edib.


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Fransa prezidenti Sarkozinin Abdullah Gülün telefonlarına cavab verməməsini belə dəyərləndirib. “Hörmətli Sarkozinin davranışı nə beynəlxalq diplomatiyaya, nə də bizim bildiyimiz Fransız nəzakətinə yaraşır. Bu addım mədəni davranışdan uzaqdır. Bir-biri ilə döyüşən ölkələrin dövlət başçıları belə oturub görüşür. Hörmətli Sarkozinin bu davranışını anlamaq mümkün deyil. Söyləyəcək bir şeyi olmasa belə nəzakət xətrinə telefona cavab vermək olar. Biz bunu yaddaşımızdan silməyəcəyik.”
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed