Şrift:
İranda daha bir polis zabiti öldürülüb
10.10.2014 [11:42] - Güney Azərbaycan xəbərləri
Oktyabrın 8-dən 9-na keçən gecə İranın Sistan-Bəlucistan əyalətində, Pakistanla sərhədə yaxın Səravan yaşayış məntəqəsində daha bir polis öldürülüb.

Naməlum şəxslər polis qərargahına hücum edərək onu odlu silahlardan atəşə tutublar. Nəticədə polis zabiti Pərviz Keyxai yerindəcə həlak olub, bir əsgər yaralanıb.

Hücumçular hadisə yerindən qaça biliblər. Hökumət qüvvələrinin məntəqəni nəzarətə götürdüyü, əməliyyat-axtarışa başladığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed