Şrift:
Əfşin Şəhbazi azadlığa buraxılıb
13.10.2014 [10:08] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal 6 aylıq həbs cəzasını çəkdikdən sonra həbsxanadan azadlığa buraxılıb.
Əfşin Şəhbazi oktyabrın 7-də Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

Azərbaycanlı fəal avqustun 24-də Təbrizdə Hökmlərin İcrası Şöbəsinə müraciət etdikdən sonra 6 aylıq məhkumluq müddətinin qalan hissəsini çəkmək üçün Təbrizin mərkəzi zindanına intiqal edilmişdir. O bundan öncə qanunsuz olaraq aylarca saxlanmışdır.

2012-ci ildə Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəalı sistemin əleyhinə təbliğ ittihamı ilə 6 ay qəti və 6 ay şərti həbsə məhkum edib. Hökm Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

Adını çəkdiyimiz fəal bundan öncə də milli və mədəni zəmindəki dinc fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed