Şrift:
İranda nikahlar azalır, boşanlamalar artır!
13.10.2014 [10:13] - Güney Azərbaycan xəbərləri
İran İslam Respublikasında müxtəlif səbəblərdən o cümlədən iqtisadi sıxıntılar nəticəsində nikahların sayı azalır və boşanmaların sayı artır. Bu barədə ölkənin Sənədlər və Əmlak Qeydiyyatı Təşkilatının rəisi məlumat verib.
Əhməd Toysərkani 4-cü gün Məşhəddə Təşkilatın keçirdiyi iclasda bildirib ki, bu il qeydə alınan nikahlarda 6 faiz azalma müşahidə olunub, və keçən ilə nisbətən boşaanmalarda 2 faiz artım var.

O 1393-cü ilin birinci 5 ay müddətində qeydə alınan nikahlara işarə edərək deyib: “Bu müddətdə qeydə alınan nikahlarda 6 faiz azalma var, və 63000 boşanma halı var. Bu o deməkdir ki, boşanma sayı keçən ilə nisbətən 2 faiz artıb.

Qeyd edək ki, bəzi statistikalarda qeyd olunur ki, İran boşanmaların sayına görə, dünyada dördüncü yeri tutur.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed