Şrift:
Radikal kürdlər yenə Urmiyədə toplaşdı
14.10.2014 [10:39] - Güney Azərbaycan xəbərləri
Kürd terror təşkilatlarının yanlıları Güney Azərbaycanın Urmiyə şəhərində toplaşaraq Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
İran rejiminin təhlükəsizlik qüvvələrinin dəstəyi və müşayiəti ilə keçirilən aksiyada “Türkiyəyə ölüm”, “Yaşasın Kobani” və s. kimi şüarlar səsləndirilib. Etiraz aksiyası Urmiyənin İslamAbad məntəqəsində baş tutub.

Əsasən PKK və Pjak kimi terror təşkilatlarından göstəriş alan mühacir kürdlər, üzərində şüarlar yazılmış plakatlarda qaldırıblar.

Qeyd edək kİ. Bu son günlərdə Urmiyədə terror yanlıları tərəfindən keçirilən ikinci yığıncaqdır. Həmin yığıncaqlar PKK yanlılarının Türkiyədə həyata keçirdikləri yürüşlər və təxribatlarla paralel keçirilir.

Qeyd edək ki, hazırda Suriya ərazisində yerləşən lakin əhalisi kürdlərdən olan Kubani şəhərinin bəzi məntəqələri və onun ətrafında kürdlər PKK üyələri ilə birlikdə İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə döyüşürlər. Kürd qüvvələri və PKK üzvləri keçmişdə olanlar kimi bu savaşda da Türkiyə və onun iqtidarını suçlu hesab edir və Türkiyənin Kobani siyasətinə qarşı kütləvi hücuma keçiblər. Bütün bunlar o halda baş verir ki, hazırda İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə PKK terrorçuları və kürdlərin savaşdığı Kobani əhalisi Türkiyəyə pənah aparıb. Türk dövləti təxminən 170000 kürdə qucaq açıb.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed