Şrift:
İranda edamlar davam edir
14.10.2014 [10:43] - Güney Azərbaycan xəbərləri
İran İslam Respublikası Məhkəmələrinin a normal hökmləri bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq icra edilməkdədir.
Son məlumatda bildirilir ki, bu dəfə Bəndər Abbas və Sənəndəc zindanlarında edam hökməri icra edilib.

Oktyabrın 7-də Bəndər Abbas zindanında 4 məhbus dara asılaraq edam edilib. Onlardan birinin barəsində qeyd olunur ki, bu günə qədər heç bir məhkəmə onun barəsində edam hökmü çıxarmayıb, o sadəcə ömürlük həbsə məhkum edilib.

Həmid Rəisi, Əli Nuri, Əli Tacik və Fərşid Müslimi narkotik maddələri ilə əlaqədar edam cəzasına məhkum edilib.

Ötən 4-cü gün Sənəndəc zindanında da bir nəfərin edam edildiyi bildirilir. 28 yaşlı kişi qətldə ittiham olunub.

Xatırladaq ki, İran İslam Respublikasında edam cəzaları ilə bağlı yayılan xəbərlər keçmiş illərə nisbətən daha çox diqqət çəkir. Həsən Ruhani prezident olduqdan sonra edam sayılarının artdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed