Şrift:
Abbas Lisaninin azərbaycanlı şairlər və yazıçılar yığıncağında çıxışı – VİDEO
14.10.2014 [10:48] - Güney Azərbaycan xəbərləri
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani azərbaycanlı şairlər və yazıçılar birliyində çıxış edib.
Tanınmış fəal bu çıxışda bir millətin dil, ədəbiyyat və mədəniyyətinin əhəmiyyətinə işarə edərək bu faktorların millətin tarixi torpağının qorunub saxlanılmasında böyük rol oynadığını bildirib.

A.Lisani, dil və mədəniyyətini qoruyan millətlərin tarixi ərazisinin də qorunduğunu, əks halda tarixi ərazilərinin və nəhayətdə dil və mədəniyyətlərinin də əldən getdiyini bəyan edib.

Mühacir kürdlərin Azərbaycan torpaqlarına göz tikməsi məsələsinə işarə edən fəal bildirib ki, bu problemin çözülməsi üçün azərbaycanlılar arasında ana dili, mədəniyyət və milli ruhun canlandırılması zəruridir.

O Azərbaycanın qərb bölgəsində yeni Dağlıq Qarabağ faciəsinin yaranma ehtimalından danışaraq bildirib ki, azərbaycanlıların qonaqpərvərliyi və onların kürdlərin gizli planından yetəri qədər məlumatlı olmaması, torpaqlarımıza göz tikənlər üçün zəmin yaradıb.

Azərbaycanlı fəal sonda soydaşlarımız və fəallar arasında birliyin yaranması və onun necə mümkün olması ətrafında söhbət aparıb.

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal keçmiş illərdə milli zəmindəki dinc fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb və illərlə həbs olunub. O davamlı olaraq təqib və təzyiqlərə məruz qalmaqdadır.

A.Lisaninin çıxışını aşağıdakı LİNKdən izləyə bilərsiniz:

Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed