Şrift:
İranan rejiminin Anti Türk siyasəti Güney Azərbaycanın bütün bölgələrində açaıq formada özünü göstərir
16.10.2014 [11:09] - Güney Azərbaycan xəbərləri
İranan rejiminin Anti Türk siyasəti Güney Azərbaycanın bütün bölgələrində açaıq formada özünü göstərir. Mərəndin 250000-dən çox əhalisi var, 1 xəstəxanası!
Güney Azərbaycanın müxtəlif şəhər və kəndləri, içməli və əkinçilik suyu, dağılmış caddələr, işsizlik, səhiyyə xidmətləri və s. kimi çətinlikdən əziyyət çəkməkdədir.
Mərənd şəhəri də İran rejiminin Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasətindən öz payını alıb.

Məlumata görə, Şərqi Azərbaycan Vilayətinin müavini bildirib ki, Mərənd şəhərinin 250000-dən çox əhalisi var və yalnız bir xəstəxanası (bimaristan) !

Tağı Kərəmi Mərənddə keçirilən iclasların birində vurğulayıb ki, “Mərənd vilayətin ikinci böyük şəhəri kimi 250000 nəfərdən çox əhaliyə malikdir, lakin yalnız 1 xəstəxana bu şəhərdə fəaliyyət göstərir. Xəstaxana şəhər və bölgə əhalisinin səhiyyə ehtiyaclarını təmin etmək imkanında deyil.”

Vali müavin i sözlərinin sonunda Mərəndin qədim xəstəxanasının təmiri və yenidən qurulması ilə bağlı məlumat verib. O bildirib ki, xəstəxana təmir olunacaq və bu məsələ prezidentin müavini ilə razılaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed