Şrift:
Güney Azərbaycanın Urmiyə şəhərində Oktyabrın 16-da terrorizmə qarşı kütləvi etiraz yürüşü keçiriləcək
16.10.2014 [11:23] - Güney Azərbaycan xəbərləri
Bir qrup urmulu milli-mdəni fəal Bəyanat yayıb.
Məlumata görə, terrorizmə qarşı Etiraz Yürüşünə çağırış Bəyanatı Azərbaycan Milli Hərəkatı fəallarının əksəriyyəti tərəfində dəstəklənir və bir neçə gündür sosial şəbəkələrdə həmin yürüşün keçirilməsi məsələsi müzakirə olunur. Yürüşün keçirilməsi sadəcə sosial şəbəkələrdə deyil, həmdə müxtəlif milli-mədəni fəallar və qruplar tərəfindən dəstəklənir.

İŞİD (İraq və Şam İslam Dövləti) və əsasən Güney Azərbaycanda aktiv olan PKK və Pjak kimi kürd terror qruplaşmalarına qarşı keçiriləcək Yürüşün vaxtına artıq bir gün qalıb.

Urmiyə sənəti universitetinin bir qrup öyrəncisi, Təbrizdə Azərbaycan Milli Hərəkatının bir qrup fəalı və gənclər, Xoyda Azərbaycan Milli Hərəkatının bir qrup fəalı və bir neçə müxtəlif qurumlar ayrı-ayrılıqda bəyanat yayaraq keçiriləcək etiraz yürüşünə öz dəstəklərini bildiriblər. Onlar Qərbi Azərbaycan Vilayətində kürd terrorizminin aktivləşməsindən öz nigaranlıqlarını bildirərək bütün soydaşlarımızı kütləvi etiraz aksiyasına qatılmağa dəvət ediblər.
Həmçinin Urmiyədə onminlərlə Bildiri də yayılıb. Yayılan vərəqələrdə keçiriləcək Etiraz Aksiyası ilə bağlı əhalimizə məlumat verilib və terrora qarşı dinc Etiraz Aksiyalarına qoşulmaları istənilib:

Zaman: Oktyabrın 16-ı yerli vaxtla saat 17:00

Məkan: Urmiyə, Vilayət meydanından Əyalətə tərəf
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed