Şrift:
İranda kişi makiyajı dəbə minib
16.10.2014 [15:34] - Güney Azərbaycan xəbərləri
İranda, o sıradan paytaxt Tehranda oğlanların və gənc kişilərin makiyaja və epilyasiyaya meyl etməsi ciddi narahatlığa səbəb olub. Bildirilir ki, ölkədə kosmetik mallardan istifadə edənlərin 10 faizini kişilər təşkil edir və bu rəqəm gündən-günə artır.

İranın hökumətə bağlı “Parsine.com” portalı əksər kişi bərbərxanalarının müştərilərə makiyaj və epilyasiya xidmətləri də göstərdiyini bildirir: “Bərbərxanalara gedən gənc oğlan və kişilərin əksəriyyəti makiyaj və epilyasiyadan başqa qaşlarını aldırır, yanaqlarına pudra çəkdirir, istədikləri kimi bəzənirlər. Gənc kişilər makiyaj edəndə bəzən o qədər ifrata varırlar ki, onları qızlardan ayırd etmək mümkün olmur. Həmçinin oğlanlar və kişilər gözəllik mərkəzlərinə müraciət edir, burunlarını və dodaqlarını əməliyyat etdirirlər”.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed