Şrift:
Urmiyədə terrora qarşı keçirilən etiraz aksiyasının Qətnaməsi...
18.10.2014 [11:25] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanan Milli Hərkatından DAVAM.AZ saytına daxil olan məlumata əsasən oktyabrın 16-da Güney Azərbaycanın Urmiyə şəhərində, həmçinin bu aksiyaya dəstək olaraq Ərdəbil şəhərində Qərbi Azərbaycan Vilayətində fəallaşmaqda olan terrora qarşı etiraz aksiyası keçirildi. Buna səbəb son zamanlar, xüsusi ilə Suriyanın Eynul Ərəb (Kobani) şəhəri və onun ətraf ərazilərində -İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə kürd qüvvələri və PKK terrorçuları arasında savaş başladıqdan sonra- kürd terrorizmi yanlılarının Qərbi Azərbaycanda aktivləşməyə başlamasıdır. Onlar son günlərdə Mahabad (Soyuqbulaq) və Urmiyə şəhərində Türkiyənin Eynol Ərəb siyasətini bəhanə edərək bir neçə etiraz aksiyasi keçirib və bölgəni qarışdırmağa cəhd ediblər.
Urmiyədə keçirilən aksiyaya təhlükəsizlik qüvvələri kobudcasına müdaxilə edib və nəticədə bir çox soydaşımız hökumət qüvvələri tərəfindən döyülüb və həbs edilib. Həmin qüvvələr etirazçılar tərəfindən Qətnamənin oxunmasına da imkan verməyiblər.

Qətnamədə Azərbaycan və xüsusi ilə Qərbi Azərbaycan Vilayətinin uzun müddətdir PKK və Pjak kimi terror qruplaşmaları və onların yanlısı kürd qüvvələrinin fəaliyyətləri məhkum edilib və həmin qüvvələrin Qərbi Azərbaycanda cəmiyyətin tərkibinin dəyişdirilməsi cəhdləri və Azərbaycan ərazilərini ələ keçirmə çabaları barəsində xəbərdarlıq edilib. Son zamanlar qonşu ölkələrdə qanlı hadisələr törədən İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə yanaşı kürd terrorçu qüvvələrinin aktivləşməsinin nigaranlığa səbəb olduğu da xüsusi vurğulanıb.

Qətnamədə İŞİD terrorçuları və PKK-Pjak kimi kürd terrorçularının fəaliyyətləri qınanıb və qısa olaraq aşağıdakı tələblər irəli sürülüb:

1- Terrorçu qruplaşmalar və onların yanlıları məzhəb və irqi ayri-seçkiliklərə son qoymalı və məntəqədə bütün insanlar barış içində yaşamalıdır.

2- Siyasi və təhlükəsizlik qüvvələri PKK və Pjak terror təşkilatları və onların siyasi uzantılarının qarşısını almalıdır.

3- Terrorçu qruplaşmaların yanlıları və siyasi mafiyalar Suriya və İraq hadisələrini bəhanə edərək Urmiyə xiyabanlarında siyasi manevrlərə son qoymalıdır.

4- Terror qrupları yanlısı siyasi mafiyaya bağlı müəssisə və qurumların mədəni fəaliyyət adı altında məzhəb və irqlər arasında nifaq salma cəhdinin qarşısı alınsın.

5- Bölgə iqtisadiyyatını müxtəlif yollarla iflic edib və terror qruplarını ayaqda tutan mafiyanın qarşısı alınsın.

6- İraqdan olan Kontrolsuz köçlər və mühacirlərin məskunlaşmasının qarşısı alınsın.

7- İran-İraq müharibəsi və körfəz savaşı zamanı İraqdan kontrolsuz bir şəkildə köç edənlər-hansıki məntəqənin demoqrafik tərkibində problemlərə səbəb olublar- öz yerlərinə qaytarılsın.

8- Anti-Azərbaycan projelər və məntəqə ərazilərini İraqdan Qərbi Azərbaycana gələn terror yanlılarına müqavilə ilə verilməsi dayandırılsın.

9- Uzun illərdir yalnış siyasətləri ilə məntəqədə siyasi və maliyyə mafiyasının inkişafına səbəb olan məsulların qarşısı məhkəmə vasitəsi ilə alınsın.

Qətnamənin sonunda bir daha İŞİD, PKK və Pjak kimi terror qruplaşmalarının fəaliyyətləri qınanıb və Azərbaycan xalqının sülh və barış tərəfdarı olduğu diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed