Şrift:
Sapı bizdən olan balta: Biz türk deyilik, sadəcə türkcə danışırıq
18.10.2014 [12:10] - Güney Azərbaycan xəbərləri
Ərdəbilin İran parlamentindəki millət vəkili İran tərəfindən Azərbaycan dilində (türkcə) açılacaq Telekanalla bağlı danışarkən bildirib: “Biz türk deyilik, sadəcə türkcə danışırıq!”.
Mənsur Həqiqətpur İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərğaminin azəri adlandırdığı dildə açılacaq Telekanalla bağlı danışarkən bunları deyib:

“Böyük ehtimalla cənab Zərğaminin dediyi azəri Telekanalı elə türk dilində Telekanaldır. Biz bu işi dəstəkləyirik və inanırıq ki, bu Telekanal Azərbaycanın mədəniyyətinin qorunub və inkişaf etdirilməsində böyük rol oynaya bilər.”

M.Həqiqətpur bəzilərinin “azəri” sözünə etiraz etdiyi ilə bağlı qəribə fikirlər səsləndirib. O dilə gətirdiyi sözlərlə fars şovinizminə nə qədər bağlı olduğunu manqurtcasına ortaya qoyub: “Əslində biz türk deyilik, sadəcə türkcə danışırıq. Bizim nəslimiz azəri və ariyayidir (aridir), türklərin irqi sarı ama biz ağ irqdənik.”

O sözlərinin davamında deyib: “Azəri adında dil yoxdur, azəri bir ləhcədir. Qədim zamanlarda da azəri dili olmayıb, sadəcə azəri ləhcəsi olub. Azəri gilək, lor, lək və s. kimi ləhcədir, lakin aradan getməyib.”

Qeyd edək ki, şovinbist molla rejimi Azərbaycan şəhər və məntəqələrinə öz əlaltılarını, yerli rəhbər və məsul kimi sırayır. M.Həqiqətpur öz manqurtluğunu keçmiş fəaliyyətlərində də sübuta yetirən yerli məsullardan biridir. O uzun illərdir Azərbaycanda müxtəlif yüksək rütbəli vəzifələrdə işləyir.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed