Şrift:
Cavidan Elbars: Güneyli fəallar Azərbaycan Respublikasını tərk edir
11.11.2014 [11:37] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Güneyli fəal İran və Aərbaycan arasında teleradio sahəsində əməkdaşlıqların artırılmasını dəyərləndirir

Azərbaycan Respublikasında yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə Azərbaycanda İran üçün təbliğat aparan bir çox qurum və mətbuatın fəaliyyət göstərdiyini qeyd edib.

Cavidan Elbarsla müsahibə


Cavidan Elbars müsahəbədə Azərbaycan Respublikasında təbliğat fəaliyyəti ilə məşqul olan İran İslam Respublikasına məxsus ya ona yaxın olan mətbuat və qurumlar haqqında danışır. O, xüsusilə son vaxtlar iki ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindən teleradio sahəsində əməkdaşlıqların artırılmasına dair imzalanmış sənəd haqqında düşüncələrini ifadə edir.

Azərbaycan və İran mətbuatının yaydığı məlumata görə, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və bu yaxında Azərbaycana səfər edən İranın Radio-Televiziya Qurumunun başqanı İzzətullah Zərqaminin imzaladığı sənəddə iki ölkə arasında müştərək teleradio komitəsinin yaradılmasına qərar verilib.

Azərbaycanda İran İslam Respublikasına bağlı bir çox qurum vardır... Bunların ən önəmlisi İran Mədəniyyət Mərkəzi şiəçiliyi təbliğ edən kitablar və jurnallar yayır. Bu qurumlardan əlavə, bir də İran meyilli mətbuat vardır.
Cavidan Elbars
Bununla yanaşı, İzzətullah Zərqami “Azəri dilində” 24 saatlıq televiziya kanalının tezliklə fəaliyyətə başlayacağını bildirib. Kanalın mədəniyyət, sənət və ictimai sahələrdə proqram yayacağı qeyd edilib.

Cavidan Elbars Bakıya səfər edən İran rəsmilərinin jurnalistlərin suallarına açıq şəkildə cavab vermədiklərini və buna görə də fəaliyyətə başlayacaq kanalın mahiyyəti haqqında fikir bildirməyin çətin olduğunu deyir.

İranın Radio-Televiziya Qurumu başqanının işlətdiyi “Azəri dili” ifadəsini tənqid edən güneyli fəalın sözlərinə görə, onların bu kanalda yürüdəcəkləri siyasət, dilimiz üçün işlətdikləri “Azəri” sözündən bəllidir.

O, 24 saatlıq kanalın İran Azərbaycanı üçün veriliş yayacağını güman etmir:

“Yayılan məlumata görə, televiziya proqramları peyk vasitəsilə yayılacaq. Amma İran qanunlarına görə, peyk antennalarından istifadə etmək qadağadır... Demək ki televizya Güney Azərbaycan deyil, sadəcə Azərbaycan Respublikasına proqram yayacaq.”

İran İslam Respublikası Televiziya və Radio Təşkilatının sədri mövcud ehtiyaca cavab olaraq Beynəlxalq Səhər Telekanalının Azəri və Kürdi televiziyalarının proqram yayımının tezliklə 24 saat olacağını bildirib.
Səhər TV veb səhifəsi
Bu arada, Səhər TV-nin veb səhifəsində yazılanlara görə, Zərqami 24 saatlıq kanal haqqında danışarkən əslində Səhər kanalının 24 saatlıq fəaliyyətə başlayacağını qəsd edib.

“İran İslam Respublikası Televiziya və Radio Təşkilatının sədri mövcud ehtiyaca cavab olaraq Beynəlxalq Səhər Telekanalının Azəri və Kürdi televiziyalarının proqram yayımının tezliklə 24 saat olacağını bildirib,” deyə Səhər TV-nin saytına yazılıb.

Səhər TV-nin mahiyyəti haqqında danışan Elbars bu telekanalın Azərbaycan Respublikasına qarşı qərəzli təbliğat yaymaqla məşğul olduğunu vurğulayır.

Güneyli fəalın sözlərinə görə, İran hazırda da öz mediası ya ona bağlı olan müxtəlif qurumlar və mətbuat vasitəsi ilə Azərbaycan Respublikasında geniş təbliğat fəaliyyətləri aparmaqdadır.

“Azərbaycanda İran İslam Respublikasına bağlı bir çox qurum vardır... Bunların ən önəmlisi İran Mədəniyyət Mərkəzi şiəçiliyi təbliğ edən kitablar və jurnallar yayır. Bu qurumlardan əlavə, bir də İran meyilli mətbuat vardır..,” deyə o dilə gətirir.

Azərbaycan Hökümətinin İranla münasibətləri güneylilərin fəallığına icazə vermir. Buna görə də, onlarla güneyli siyasi fəal ölkəni tərk ediblər. Qalanlar isə ancaq məhdud tədbirlər keçirə bilir, ciddi fəaliyyətlər apara bilmirlər.
Cavidan Elbars
Güneyli fəal həmçinin İran-Azərbaycan arasında mətbuat sahəsində əməkdaşlığın artırılmasının Azərbaycan Respublikasında yaşayan fəallar üzərində buraxacağı təsirlər haqqında Amerikanın Səsinin suallarını cavablandırır. O, belə əməkdaşlıqların yeni olmadığını, öncədən də mövcud olduğunu söyləyir.

“Azərbaycan Hökümətinin İranla münasibətləri güneylilərin fəallığına icazə vermir. Buna görə də, onlarla güneyli siyasi fəal ölkəni tərk ediblər. Qalanlar isə ancaq məhdud tədbirlər keçirə bilir, ciddi fəaliyyətlər apara bilmirlər,” deyə Cavidan Elbars vurğulayır.
Bu xəbər oxucular tərəfindən 1220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed