06.12.2014 [11:05] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Güneyli fəal, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzvü xanım Məhsa Mehdili bir neçə gün öncə “Amerikanın Səsi”nə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:
Yunan rejissor və jurnalist Nina Maria Paschalidou Yaxın Şərq, Balkanlar və Şimali Afrikada popyular olan Türkiyə teleseriallarının tabuları sındırıb və qadınlara yaşayışlarının şəklini dəyişdirmək üçün yardım etdiyini deyir.
Güneyli mədəni fəal Məhsa Mehdili də “Amerikanın Səsi” ilə müsahibədə oxşar fikirlər səsləndirir.
“Amerikanın Səsi” ilə müsahibədə Türkiyə seriallarının İran toplumu, xüsusilə güneydəki nüfuz və təsirini dəyərləndirən Mehdilinin dediklərinə görə, bu teleseriallarda təsvir edilən modern yaşayış və müqtədir qadın tipi ictimai basqılar və müxtəlif məhdudiyyətlərlə üzləşən güneyli qadınların diqqətini cəlb edir.
Wall Street Journal qəzetinin yaydığı məlumata görə, Türkiyə istehsal etdiyi serialları təxminən 70 ölkəyə satır. Məhsa Mehdilinin fikrincə, xüsusilə İran kimi ölkələrin televiziyasında əyləncə proqramlarının yaxşı səviyyədə olmaması Türkiyə seriallarının populyarlığını artırır.
Güneyli fəal türk teleseriallarının dil faktoru səbəbi ilə ən çox Güney Azərbaycan və İran coğrafiyasında türklərin yaşadığı digər bölgələrdə tamaşa edildiyini deyir.
“İran televiziyasının türklərə xitab edən proqramları yoxdur. Türklər İranda öz dillərini ədəbi şəkli ilə rəsmi və hissi əlaqələrdə eşitmirlər,” deyə Türkiyədə mühacirətdə yaşayan güneyli söyləyir.
Əslən Türkiyə sərhəddinə yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas şəhərindən olan Məhsa Mehdili xüsusilə bu vilayətdə Türkiyə kanallarının geniş şəkildə popyular olduğunu vurğulayır.
O, dil faktorundan əlavə Türkiyə ilə ortaq mədəni əlaqələr və adət-ənənələrin oxşarlığının önəmini önə çəkməklə yanaşı, türk teleseriallarında təbliğ edilən yaşayış tərzi və yeni dünya dəyərlərinin xüsusilə qadınlar və gənclər üzərində geniş təsir buraxdığını qeyd edir.
“Güney Azərbaycanda ən çox basqıya məruz qalan gənclər və qadınlar arzu etdikləri yaşayış tərzini Türkiyə seriallarında görə bilirlər... Vilayətlərə məxsus kanallar daxil olmaqla, İran televiziya kanallarının türk uşaqlar üçün proqramları yoxdur. Hələ dil faktını da bir qırağa qoysaq, Türkiyənin yaydığı uşaq proqramları daha keyfiyyətlidir, Türkiyə mediasında çeşidlilik çoxdur.” deyə o əlavə edir.
Bəzi İran millətçiləri İran Azərbaycanında uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlərdən “İstanbul Türkcəsi”ini öyrənmələrini “ölkənin milli təhlükəsizliyinə qarşı təhdid” kimi dəyərləndirib, məsullara xəbərdarlıq verərək bununla bağlı ölçü götürməsini istəyirlər.
İran qanunlarının vətəndaşların peyk antennalarından istifadə etməsini yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgələri, xususilə də Azərbaycan şəhərləri və kəndlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKi dinləyə bilərsiniz:
http://www.amerikaninsesi.org/content/turkish-soap-operas-in-iranian-azerbaijan/2542050.html

Bu xəbər oxucular tərəfindən 1267 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |