11.12.2014 [11:30] - Güney Azərbaycan xəbərləri, Müsahibə
İnsan haqları fəalı Elçin Hatəmi son bir ayda güneydə baş verən insan haqları pozuntuları haqda “Amerikanın Səsi”nə danışıb. Güney Azərbaycanın muxtəlif ictimai qruplar və cəmiyyətlərinə qarşı tətbiq edilən ayrıseçkilik və basqılar haqqında məlumat verən hüquq müdafiəçisi Azərbaycan vilayətləri xaricində yaşayan türklərin durumuna da toxunub.
Elçin Hatəmi güneyli məhbusların durumu, mühakimə edilən və həbs hökmü alan fəallar, Güney Azərbaycanda yol qəzalarının artması, icra edilən edam hökmləri, dini azlıqların həbsi və Urmiyə zindanında siyasi məhbusların birgə aksiyasi kimi mövzularla yanaşı, türklərin sıx yaşadığı Kirmanşah vilayətinin Sonqur bölgəsində bir neçə kəndlinin ölümü ilə nəticələnən hadisəni şərh edib.
Güneyli fəalın sözlərinə görə, keçən il Azərbaycan Milli Hökümətinin ildönümü mərasiminə qatıldıqları üçün İran məhkəmələri tərəfindən həbs cəzası ilə üzləşmiş qoşaçaylı fəallardan daha biri - Muxtar İbrahimi ötən həftələrdə rəsmi adı Mahabad olan Soyuqbulaq şəhərinin həbsxanasına göndərilib.
Eyni məhkəmədə məhkum edilmiş digər qoşaçaylı fəal Daryuş Əndəlibiyan isə Oktyabr (october) ayında zindana aparılıb.
Hatəmi habelə noyabr (november) ayında Urmiyə zindanına göndərilən Vəhid Faizpurun həbsinin səbəbləri və müddəti ilə bağlı danışıb.
O, Təbrizin Traktorsazi komandasının tərəfdarları Musa Sudi və Cəfər Rüstəminin Təbriz məhkəməsinə çağrılması, eləcə də təbrizli musiqiçi və Laçın adlı uşaqlar musiqi qrupunun əməkdaşı Bağır İbrahimpurun 6 ay həbsə məhkum edilməsini bildirib.
İran İslam Respublikasının təhlükəsizlik qurumu Ettelaat təşkilatı keçən may ayında Laçın qrupunun İstanbulda keçiriləcək Türk Dünyası Uşaq Festivalına qatılmasının qarşısını almış, bir neçə ay sonra isə qrupun əməkdaşı Bağır İbrahimpuru bir müddət nəzarətdə saxlayaraq sorğu-suala çəkmişdi.
Elçin Hatəmi müsahibədə son vaxtlarda İran Azərbaycanının müxtəlif bölgələrində şəhərlərarası yollarda baş verən və bir çox insanın ölümü ilə nəticələnən qəzalarla bağlı yayılan xəbərləri də dəyərləndirib. O, bəlli bölgələrdə şəhərlərarası yolların düzgün olmaması, habelə İranın istehsal etdiyi avtomobillərin nöqsanlarını qanlı yol qəzalarının əsas amilləri olduğunu qeyd edib.
Hüquq müdafiəçisi Urmiyə və Təbriz şəhərlərinin mərkəzi zindanlarında icra edilən edam hökmləri, Urmiyə zindanında təqribən 30 siyasi məhbusun birgə aclıq aksiyası və bəhayi türklərin həbsi ilə əlaqəli əldə etdiyi məlumatı Amerikanın Səsi ilə paylaşıb.
Elçin Hatəmi eləcə də Kirmanşah vilayətində yerləşən və türklərin sıx yaşadığı Sonqur şəhəri yaxınlığında bir kənddə baş verən, 5 nəfərin ölümü və daha çox insanın yaralanması ilə nəticələnən hadisəni dəyərləndirib. Hadisə evin sakinləri və onların qonaqları üzərinə çökməsi ilə baş verib.
Hatəminin dediklərinə görə, yoxsul vilayətlərdə kənd evləri umumiyyətlə dayanıqlı deyil. Sonqurda yerli məsulların dediklərinə görə, bölgədə kənd evlərinin 25 faizi bərbad və onlarda yaşayan insanlar üçün təhlükəli durumdadırlar.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKə müraciət edə biləsiniz:
http://www.amerikaninsesi.org/content/human-rights-iranian-azerbaijan/2549984.html

Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |