Şrift:
Putinin konfransından Azərbaycana mesaj
19.12.2014 [11:12] - Gündəm, Siyasət
Konfransda gözlənilmədən “Baku-2015” plakatı qaldırılıb
Bu gün Rusiya prezidenti Vladimir Putinin keçirilən mətbuat konfransında “Baku-2015” plakatı qaldırılıb.

özü də plakat bu günə damğasını vuran “Vyatiç kvası” ilə bağlı sualı zamanı qaldırılıb.

Qeyd edək ki, Kirovdan olan Vladimir Mamatovun prezidentə verdiyi niyə bizim “Vyatiç kvası” satılmır sualı Rusiya və dünya gündəmində olub. Lakin sualı verənin halı bir çoxlarını çaş-baş qoyub. Belə ki, jurnalistin danışığı içkili şəxsin danışığından heç nə ilə fərqlənmir. Hətta Vladimir Putin də “siz deyəsən danışdığınız kvasdan nəyi var içmisiz” deyərək jurnalistə söz atır.

Məhz belə bir anda jurnalistin fonunda “Baku-2015” plakatı aydın görünür.

Mamatovun daha sonra içkili yox, iki dəfə insult və kəllə beyin travması aldığından elə danışdığı məlum olur.

Qeyd edək ki, Rusiya prezidentinin keçirdiyi mətbuat konfransı dünya kanalları tərəfindən canlı yayımlanıb.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed