26.12.2014 [14:02] - Gündəm, Siyasət
“Son zamanlar ABŞ və Avropa İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb”. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsində belə deyib.
Əli Həsənov bildirib: “Bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər. Halbuki, həmin ölkələrin özlərində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı ciddi problemlər var. Məsələn, ABŞ-ın Ferqyuson şəhərində qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan gərginlik özünü “demokratiyanın beşiyi” kimi qələmə verən bu ölkədə insan haqları sahəsində çox ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması, peşə borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və həbsi, hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması və digər bu kimi hallar ABŞ-da insan hüquqlarına necə “hörmətlə” yanaşıldığını əyani şəkildə göstərdi.
Analoji hallar həm də Avropanın bir çox inkişaf etmiş ölkələrində özünü büruzə verir. Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox Avropa ölkəsi üçün səciyyəvi hallardır. Buna görə də hesab edirik ki, öz ölkələrində ciddi problemləri “görməyənlər”in Azərbaycana barmaq uzatmağa və yeri gəldi-gəlmədi bizi tənqid etməyə haqları yoxdur.
Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbul olunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq”.
Ermənistan-Azərbaycan münaqişəsinin indiyə kimi həll olunmamasından danışarkən Əli Həsənov deyib ki, bunun başlıca səbəblərindən biri beynəlxalq birliyin işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməməsidir: “Bu gün Ukrayna hadisələri fonunda bu ölkənin separatçı bölgələrinə, Krıma və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaqardına vuran işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə şamil edilməli idi. Ermənistana qarşı təzyiqlər və sanksiyalar həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir. Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün aparıcı beynəlxalq təşkilatlar mövcud vəziyyətə diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməlidirlər”.
2014-cü ilin avqust ayında cəbhə xəttində erməni təxribatçı qrupların basqın cəhdlərinin Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini aktuallaşdırmasından söz açan Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb: “Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Ermənistanın vəziyyəti gərginləşdirmək cəhdlərinə birmənalı olaraq düzgün yanaşma nümayiş etdirdi. Bu da cəmiyyətimizdə həmrəyliyin, müxtəlif xarici təzyiq, təhdid və təxribatlara qarşı vahid mövqeyin olduğunu göstərdi. Bir daha sübut olundu ki, heç bir problem Azərbaycanda mövcud milli birliyi sarsıtmaq gücündə deyil.
Eyni zamanda, etiraf olunmalıdır ki, avqustda qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı bir çox internet media resursları qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə çevrildilər, bəzi hallarda isə bilərəkdən və ya bilməyərəkdən erməni mediasının təxribat xarakterli məlumatlarını Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmağa xidmət etdilər. Bununla yanaşı, bəzi siyasi qruplar, onların nəzarətində olan azsaylı QHT-lər və media öz ənənələrinə sadiq qalaraq, anti-milli mövqe tutdular, erməni təbliğatının ruporu qismində çıxış etdilər, əsas hədəf kimi düşmən ölkəni deyil, Azərbaycan hakimiyyətini seçdilər.
Mövcud vəziyyət cəmiyyətin informasiya təhlükəsizliyi məsələsini bir daha aktuallaşdırdı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri etdi. Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə dövlət orqanlarının mətbuat xidmətlərinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Həmin tədbirdə informasiya təhlükəsizliyi ilə bağlı hazırkı durum hərtərəfli təhlil edildi, mövcud problemlər və onlardan çıxış yolları göstərildi.
Sentyabrın 24-də prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzaladı və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələr, həyata keçiriləcək tədbirlər müəyyənləşdirildi. Sərəncamdan dərhal sonra müvafiq dövlət orqanları tədbirlər planı hazırlayaraq həyata keçirməyə başlayıblar. Lazımi vəsaitlər və təlimatlar hazırlanır, maarifləndirmə işləri və müzakirələr aparılır. Hesab edirik ki, prezidentin sərəncamında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud çatışmazlıqlar aradan qaldırılacaq”.
Əli Həsənovun fikrincə, 2014-cü ildə diqqətəlayiq hadisələrdən biri də Azərbaycanda iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi partiyaların rəhbərləri ilə görüşün keçirilməsidir: “Bundan əvvəlki dövrdə vətəndaş cəmiyyəti institutları və media rəhbərləri ilə də görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib, ümumiləşdirilmiş və həlli mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Azərbaycan hakimiyyəti siyasi opponentləri, qeyri-hökumət təşkilatları və media ilə konstruktiv dialoqa həmişə açıq olub və bundan sonra da bu siyasət davam etdiriləcək”.
Dünyada neftin sürətlə ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi haqda sualı cavablandırarkən Əli Həsənov bildirib ki, neftin qiymətinin kəskin aşağı düşməsi və bu tendensiyanın bir neçə ili əhatə etməklə davamlı xarakter daşıması iqtisadiyyatı tamamilə enerji amilindən asılı olan ölkələrə çox ciddi mənfi təsir göstərə bilər: “Təbii ki, enerji ixracatçısı kimi Azərbaycanın da bundan ziyan çəkməsi istisna edilməməlidir. Çünki Azərbaycan iqtisadiyyatında enerji amili hələ də böyük rol oynayır və neftin ucuzlaşması əldə olunan milli gəlirin səviyyəsinə təsir edir. Bununla yanaşı, bir çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın nəzərəçarpacaq üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən sığortalayır.
İlk növbədə qeyd edilməlidir ki, son 10 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb. Digər tərəfdən, Azərbaycan kifayət qədər böyük valyuta ehtiyatlarına malikdir və buna görə də iqtisadiyyatda və büdcə təminatında hər hansı fors-major vəziyyət yarana bilməz. Təcrübə də göstərir ki, Azərbaycanın unikal iqtisadi modeli ən mürəkkəb hallarda belə makroiqtisadi sabitliyin və stabil iqtisadi artım templərinin qorunub saxlanmasını təmin edir. 2008-ci ildə başlanmış və bir neçə il davam edən ümumdünya iqtisadi böhranı zamanı Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım da bunu təsdiqləyir. Yeri gəlmişkən, həmin dövrdə də neftin qiyməti kəskin aşağı düşmüş və bir barelinə görə 30-40 dollar təşkil etmişdi.
Əksər ekspertlərin rəyinə əsasən hazırda neftin qiymətinin enməsi bir tərəfdən dünyanın aparıcı ölkələrində iqtisadi artım səviyyəsinin aşağı düşməsi və enerjiyə olan tələbatın azalması ilə izah edilirsə, digər tərəfdən də bu halın süni xarakter daşıdığı və müəyyən siyasi məqsədlərə hesablandığı vurğulanır. Onların qənaətinə görə, bu proses davamlı xarakter daşıya bilməz və bir müddət sonra neft bazarında qiymətlərin stabilləşməsi müşahidə olunacaq.
Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, hazırda dünya iqtisadiyyatında və enerji bazarında müşahidə olunan meyillər Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, əhalinin sosial durumuna mənfi təsir göstərməyəcək. Əksinə, Azərbaycan hökuməti qarşıdan gələn dövrdə də iqtisadi artımın təmin edilməsi üçün müvafiq tədbirlər görmək əzmindədir”.

Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |