Şrift:
Gənc rəssam Samirə MİRALIQIZI.
30.12.2014 [12:03] - Gündəm, Afişa, DAVAMın yazıları
Gənc rəssam Samirə MİRALIQIZININ ..davam.az..ın poçtuna yazar Mənsurə xanımın vasitəsi ilə göndərdiyi tərcümeyi-hala bənzər yazısını olduğu kimi oxucularımiza TƏQDİM EDİRİK:

• Mən Hüseynova Samirə Miralı qızı 2002-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 2007-ci ildə Bakı şəhəri N.A.Əliyev adına 282 N_li tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşam. Hazırda həmin məktəbin 7-ci sinfində oxuyuram. Ailəmiz 4 nəfərdən ibarətdir. Atam- Hüseynov Miralı Əli oğlu 1966-cı ildə anadan olmuşdur, mühəndisdir.Hal-hazırda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-də işləyir. Anam-Hüseynova Gülşən Mübariz qızı 1980-ci ildə anadan olmuşdur. Evdar qadındı. Qardaşım- Hüseynov Samir Miralı oğlu.1996-cı ildə anadan olmuşdur.Hazırda Bakı şəhəri N.A.Əliyev adına 282 N_li tam orta məktəbin 11-ci sinfində oxuyur. Mən ilk dəfə şəkil çəkməyə 5 yaşında başlamışam.Bir çox sərgilərim olub və müsabiqələrdə 1-ci yerə layiq görülmüşəm. 2009-cu ildə mayın 7-sində ilk fərdi sərgim Günəşli Yaradıcılıq mərkəzində olmuşdur. İkinci sərgim 2010-cu il martın 19-u Suraxanı rayonu Yaradıcılıq mərkəzində baş tutmuşdu. 2010-cu ildə mayın 28-də Yeni Günəşli 282 saylı tam orta məktəbində bir başqa sərgim oldu. 2011-ci ildə Muğam Teatrında fərdi sərgim olmuşdu. 2011-ci il 21- noyabrda Park Bulvarda 2012-ci il dekabr ayında Land Mark-da 2013 6 avqust tarixində “Bir fırçanın rəqsi” adlı fərdi sərgim olmuşdur. 2013-cü il sentyabr ayının 13-ü “Cazibəli rənflər” adlı bir digər sərgim olmuşdur. 2014 mayın 28-i Milli Məclisdə birinci yerə layiq görülmüşdüm. 2014-cü il iyun ayında Baku Creative Center-də sərgim olmuşdu. 2014-cü il oktyabr ayının 18-i “Uşaqlar zorakılığa yox deyir” mövzusunda “Rənglərin dili ilə” adlı müsabqədə birinci yerə layiq görülmüşəm. 2014 oktyabrın 26-sı Akvarel rəsm müsabiqəsində iştirak etmişəm. 2014-cü il 21 noyabrda Uşaq hüquqları Konvensiyasının 25 illiyi ilə əlaqədar Milli Məclisdə iştirak etmişəm.

Gənc rəssam haqqında silsilə yazılarımız davam edəcək...
Bu xəbər oxucular tərəfindən 1238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed