Şrift:
Davudoğlu Ankara-Yerevan münasibətlərinin normallaşmasında maneəni açıqladı
21.01.2015 [10:47] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan
1915-ci il hadisələrinin vurğulanması Ankara ilə Yerevan arasında münasibətlərin normallaşmasına mane olur. Anadolu agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.

Baş nazirin sözlərinə görə, Ankara Yerevanla münasibətlərin normallaşacağına ümid edir, lakin Ermənistan həmin hadisələrlə bağlı öz stereotiplərini dağıtmalıdır.

Davudoğlu qeyd edib ki, türklər və ermənilər ümumi problemləri yalnız birgə həll edə bilərlər.

Bundan əvvəl Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il hadisələri yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed