Şrift:
Ketrin Eşton: “Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr inkişafın önündə başlıca əngəllərdən biridir”
28.09.2011 [23:23] - Gündəm
“Biz şərq tərəfdaşlarımızın münaqişələrin sülh yolu ilə həllində tərəqqiyə nail olmaq üçün mümkün olan hər şeyi etmələrini gözləyirik”

“Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr inkişafın önündə başlıca əngəllərdən biridir. Biz şərq tərəfdaşlarımızın münaqişələrin sülh yolu ilə həllində tərəqqiyə nail olmaq üçün mümkün olan hər şeyi etmələrini gözləyirik. Bu münaqişələrdən qaynaqlanan bir çox problemin həlli yönündə konkret, məqsədyönlü səylər Avropa Birliyi üçün strateji prioritetdir”. APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton sentyabrın 27-də Strasburqda “Şərq Tərəfdaşlığı” proqramına dair keçirilən müzakirədə deyib. O bildirib ki, AB “Şərq Tərəfdaşlığı” ölkələrinin dayanıqlı demokratiyaya keçidi və həmin ölkələrdə bazar iqtisadiyyatının qurulması prosesində proqram iştirakçıları ilə əməkdaşlıqda maraqlıdır: “Bu proses bizim marağımızdadır, çünki bizim öz təhlükəsizliyimizi və inkişafımızı gücləndirir”.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed