Şrift:
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər davam edir
04.02.2015 [00:15] - Gündəm, Hərb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Nazirliyin saytı məlumat verir ki, Müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed