Şrift:
Əfqanıstanda 6 uşaq və 5 NATO hərbçisi həlak olub
06.01.2012 [18:14] - Gündəm
Əfqanıstanda baş verən partlayışlarda 6 uşaq və 5 NATO hərbçisi həlak olub. Əfqanıstanın Uruzqan əyalətinin inzibati mərkəzi Trinkotda uşaqlar zibil tullantıları arasında şüşə axtararkən partlayış baş verib. Nəticədə 6-sı uşaq olmaqla 7 nəfər ölüb, 4 uşaq isə yaralanıb.

Əfqanıstanda bu gün yaşanan digər iki partlayışda isə 5 NATO əsgəri həlak olub. Hər iki hadisə ölkənin cənubunda yol kənarında quraşdırılan bombaların partlaması nəticəsində baş verib.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed