Şrift:
Iki qardaş bıçaqlanıb, onlardan biri ölüb
07.01.2012 [11:55] - Hadisə
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan verilən xəbərə görə, yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R. Musayev əlində olan bıçaqla hər iki şəxsi bıçaqlayıb. R. Fərəcov ölüb, K. Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed