Şrift:
Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub
07.01.2012 [16:37] - Gündəm
Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən bildirilib ki, qurumun rəhbəri Ənvər Quliyev Bakı meri Hacıbala Abutalıbovun əmri ilə tutduğu vəzifədən azad edilib.

Onun səlahiyyətlərinin icrası müavini Rəfail Mehralıyevə həvalə olunub.

Departamentin tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru Vaqif Xəlilov təqaüdə göndərilib. Onun yerinə Qüdrət Şükürov təyin olunub.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed