Şrift:
Müdafiə Nazirliyi: Erməni tərəfində ciddi gərginlik müşahidə edilir
25.03.2015 [11:47] - Gündəm, Müsahibə, DAVAMın yazıları
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, erməni tərəfi son günlər cəbhə xəttində verilən çoxlu itkilərdən və uğursuzluqlardan sonra əsəblərini cilovlaya bilmir. Müşahidələrimiz göstərir ki, həm erməni ictimiayyəti, həm də həbrçiləri arasında xaos və anarxiya yaşanır: “Bu gərginlik həm cəbhədə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında, həm də erməni ictimaiyyəti arasında müşahidə edilir. Son dövrlərdə onlar mövqelərimizi iriçaplı pulemyotlardan, eləcə də 60 və 82 mm-lik minaatanlardan necə gəldi atəşə tutular. Biz isə onlara kalibri daha iri olan silahlarla layiqli cavab veririk. Əsas odur ki, biz tərəfdən heç bir itki yoxdur”.

MN-nin sözçüsü əlavə edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində, Ermənistan silahlı birləşmələrində əsgər çatışmazlığı hiss olunur: “Azərbaycan tərəfinə keçərək könüllü təslim olan erməni hərbçisi Andranik Qriqoryanı hərbçi yoldaşı onu niyə vurmayıb? Çünki o da Qriqoryanın həmkəndlisi olub. Onlar səngərlərə mülki vətəndaşları cəlb edirlər”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb. Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışır.

Martın 22-də günorta saatlarında isə ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. A.Qriqoryan bunun çox sadə bir səbəbinin olduğunu, mənasız yerə ölməkdən qorxduğunu bildirib: “Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var”.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed