Şrift:
Bleyer: "Hollivudda "Əli və Nino" filminin çəkilməsi Azərbaycanın xeyrinə olacaq"
12.01.2012 [13:08] - Gündəm
“Əli və Nino” əsərinin Hollivudda ekranlaşdırılması Azərbaycan üçün əhəmiyyətli olacaq.

Bunu açıqlamasında əsərin araşdırıcısı, “Azərbaycan İnternational” jurnalının baş redaktoru Betti Bleyer deyib. Onun sözlərinə görə, Hollivudda “Əli və Nino” filminin rejissoru olacaq Kristofer Hemptonun bu əsəri ekranlaşdırmaq istəyi yaxşı ideyadır: “Kristofer Hempton Oksford Universitetini bitirib. O, xeyli sayda film üçün ssenari yazıb. Həmçinin “Oskar” mükaftıçısıdır. Çox ciddi bir yazıçıdır. Həmin filmin ilkin ssenarisini oxudum, çox yaxşı ssenaridir. Hempton çox istedadlı ssenaristdir. Azərbaycanda əsrin əvvələrində olan inqilab dönəmləri haqqında çox az adamın məlumatı var. İnqilab dövrü dünya tarixinin ən önəmli dövrlərindəndir. Hesab edirəm ki, bu film insanların həmin tarixlə daha yaxından tanış olması üçün dəyərli olacaq. Azərbaycan xalqının azadlıq yanğısı aşılanacaq. Yaşadığımız günlərdə bir çox xalqların müstəqil olmaq istəyini nəzərə alaraq, bu film dünyada baş verən siyasi hadisələr və müasir həyat tərzi baxımından çox dəyərli olacaq”.

“Əli və Nino" əsərinin müəlliflik hüququnun Avstriya hersoqovinyasına aid olduğunu deyən Betti Bleyerin sözləriən görə, uzun müddət bu əsərin ekranlaşdırılması üçün bu hüququ əldə etməyə çalışılsa da, buna nail olunmamışdı.

Əsərin müəllif hüquqları Leyla Eyzelfə məxsusdur. O, Vyanada yaşayır. O, kitabı 1930-cu illərdə qeydiyyata alan şəxsin qardaşı qızıdır. Müəllif hüquqlarına sahib olduğunu iddia edir. 1970-ci il bu əsərə Los Ancelesdə film çəkmək istəyirdilər. Hətta ssenarist də tutmuşdular. Ancaq sonra nəşriyyatçı və kitabı qeydiyyata almış qadın arasında anlaşılmazlıq yaranmışdı və rejissor film çəkmək fikrindən daşındı. Ancaq o, 40 il əvvəl idi. İndi belə bir problem artıq gündəmdə deyil.

Qeyd edək ki, “Oskar” mükafatı laureatı Kristofer Hempton Azərbaycan əsərinin tele versiyasının ssenarisini hazırlayacaq. Britaniyanın “PeaPie Films” şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək. Filmin icraçı prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Qeyd edək ki, “Əli və Nino” romanında hadisələr 1918 -20-ci illərdə Bakıda cərəyan edir. Azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbəti həmin dövrün gərgin tarixi hadisələri ilə birgə təsvir olunur. 23 yaşlı Əli 1920-ci ildə müstəqil Azərbaycanı - Azərbaycan Xalq Cümhuriyyətini rus-sovet qoşunlarından - Qırmızı Ordunun işğalından müdafiə edərkən şəhid olur.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed