Şrift:
Nəsib Nəsibli: -Kaş ki, Quzey Azərbaycan o məqamda bu hadisələrə hazır olaydı
25.05.2015 [11:48] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Davam.az Güney Azərbaycanda 2006-cı il 22 mayda başlayan Hərəkatla bağlı Nəsib Nəsiblinin bao.az-a verdiyi müsahibəsini təqdim edir:


İran adlanan coğrafi ərazidə bəlli tarixlə7000 ildən çox dövlətçilik yaşına malik olan millətimizin son yüz il əsarət dövrünün mübarizə tarixindəxüsusi mərhələlərdən biri də 2006- cı il 22 mayda başlayan yeni hərakat dalğası idi. Keyfiyyətcə özündənəvvəlkilərdən fərqlənmiş, artıq 9- cu ildönümünü qeyd etdiyimiz "Xordad ayaqlanması " adlanan bu hadisələrin tam mahiyyətini, səbəb vənəticələrini ayırd etmək üçün Tarix elmləri doktoru, professor Nəsib Nəsibli ilə söhbətləşdik...

-2006-cı il 22 may günü tariximizə"Xordad ayaqlanması" adı iləhəkk olundu. Bu ayaqlanmanın əsas səbəbləri nəidi?

-Bu hadisəni yalnız 22 may tarixi ilə məhdudlaşdırmaq məncə doğru deyil. Çünki, bir həftə ərzində səngiməyən bu hadisələr mayın 22-i günü Təbrizdə başlayıb, 28-əqədər Güney Azərbaycanın müxtəlif şəhərlərində davam elədi. Nədən davam etdi? Güman edirəm ki, üstündən 9 il keçməsinəbaxmayaraq həm Güneydə, həm dəQuzeydə bu hadisələrin şahidi olmuş, onu izləmiş vəbu haqda oxumuş insanlar xatırlayarlar ki, "İran" adlı qəzetdə, daha doğrusu dərgidəbir karikatura çap olunmuşdu. Karikaturda türklərə böcək adı qoymuşdular ki, bu da türkcə danışmağı lağa qoyurdu. Demək mümkündür ki, bu on illərlə Rza şah zamanından türklərəqarşı aşağılanma kompaniyasının növbəti bir həlqəsı idi.
İran qəzetindəki karikatura türkləri böcəyə (susək) bənzətmiş, “nəedək ki, bu böcəklər bizi də böcəkləşdirməsin?” başlıqlı məqalədə türklərə və Türk dilinə açıq-açığına həqarət edilmişdi. Həmin məqalədə“öldürməklətükənməyəcək bu böcəklərin kökünü kəsmək üçün insanların ifrazatını tualetə boşaltmamaları, bununla bu böcəkləri ac saxlayaraq məhv edilmələri” kimi irqçi, təhqiredici fikirlər yer almışdı.
Etnik təhqirəilk etiraz edən ölkənin müxtəlif universitetlərində oxuyan türk tələbələri oldu. Təbriz və Tehran tələbələrinin etiraz çıxışları domino təsiriləyayıldı. İran qəzeti, bu karikatur müəllifinin işdən çıxarıldığını bildirib, “Azəridillilərdən” üzr diləsədə, dil məsələsinəaşırı həssaslığın olmaması, hadisənin şişirdilməməsi gərəkliyinəçağırdı. Bu da milli hərəkat fəallarını daha da qəzəbləndirmiş oldu. İslam Şura Məclisində Azərbaycandan seçilmiş nümayəndələr dəhakimiyyətin ayrı-seçkilik siyasətinə və türklərə münasibətdə uyğulanan həqarətlərə kəskin etirazlarını bildirdilər. Əkbər Ələmi Məhəmməd Hüseyn Şəhriyarın İranda qadağan olunmuş məşhur “Tehranlı, eşşək sənsən, yoxsa mən?” şeirini sonacan oxudu. Yalnız bundan sonra fars deputatlarla türk deputatlar arasında qarşıdurma oldu. Qarşıdurma polis müdaxiləsindən sonra aradan qaldırdı.

-Güney Azərbaycan türklərinin XX əsr milli yetişkənlik təkamülündə"Xordad" hansı nöqtəidi?. Ona qədər ki, əsarət dövrünü necəşəkilləndirərdiz?

-Ümumiyyətlə götürəndə Azərbaycan milli hərakatının ən azından 110 illik bir tarixi var. Bunun ibtidai formasını bir kənara qoysaq, özünü ifadəforması kimi Məşrutəhərakatı dövündən etibarən buna rast gəlirik. Yəni, mili muxtariyyat məsələsinin ortaya qoyulması, Azərbaycana muxtariyyat, ilk Məşrutədə Anayasada əncümənlər məsələsinin əks olunması iləyadda qalan hərakatın daha sonrakı dövrlərdədə müxtəlif formalarla təzahürünün davamını görürük. Əgər, ümumiləşdirmiş olsaq Güney Azərbaycan milli hərakatının yeni keyfiyyətlərlə yükümlənmiş son mərhələsi 1991- ci ildən sonra başlayır. Quzey Azərbaycanın müstəqil olması Güney Azərbaycanda yeni inqilabiləşdirici bir təsirətəkan verdi . Həmin bu mərhələni kiçik mərhələlərə dəbölmək olar. 91-dən 93-əqədər və93-dən sonrakı dövr.
Ancaq, önəmli olan budur ki, 91-ci ildən sonrakı milli hərakat əvvəlki dövrdən tamamiləfərqlənir. Bu hərakat öncəkilərdən kütləviliyinə, ideoloji bitkinliyinə, siyasi fəaliyyət formalarına görə fərqlənirdi. Yəni əvvəllər əgər bu ayrı-ayrı ziyalıların etirazları şəklində, vəya hər hansı başqa metodlarla olurdusa, mütəmadi xarakter daşımırdısa, artıq 1991- dən sonra biz bunun permanent bir xarakterdəolduğunu görürük. Bu özünü 2006- nın ayaqlanması, milli fikir baxımından çox əhəmiyətli hadisələrin olması, tələbəhərakatı vəya kültür hərakatı kimi yeni təzahür formaları ilə göstərmiş oldu ki, bunlar da milli hərakatın tərkib hissələrini təşkil edir. Amma , dediyim kimi, Rza şahdan üzü bəri bu kimi aşagılanmalara, təhqiretmələr kompaniyasına bu şəkildəbir reaksiya görmürük. Bu nədən oldu? Niyəbizim soydaşlarımız məhz bu karikatura beləhəyacanlı reaksiya verdilər. Bu suala cavab olaraq bu özündən əvvəlki təzyiqlərə qarşı üst-üstəyığılmış emosiyaların göstəricisidir də deyə bilərik. Amma, bu eyni zamanda onun göstəricisidir ki, artıq bizim soydaşlarımızda təhqirlərə, aşağılanmalara, dözümsüzlük də yaranmışdı. Əgər əvvələr başını aşağı salıb bu kimi faktlara lazımi reaksiya verilmirdisəvəyaxud mövcud rejimin qorxusundan üzdəona etirazı bildirilmirdisə, ancaq 2006- cı ilin may hadisələri göstərdi ki, soydaşlarımız artıq aşağılık kompleksindən çıxıblar. Bu çox önəmlidir. Vəbu, "türkəxər" deyilən on illərlədavam edən psixoloji kompaniyaya sonuc olaraq çox həyacanlı bir etiraz idi. Və ona görə də bunu məhz ilk növbədə psixoloji baxımdan qiymətləndirmək doğru olardı. Beləki, bu, artıq aşağılık kompleksindən çıxmış, zülmə, təhqirlərəqarşı qəzəblənmək haqqını, hüququnu özündəsaxlayan, hiss edən bir toplumun etirazı idi. Güney Azərbaycan türkü nəhayət kütləvi olaraq bu haqqı özündədərk etdi. Bu haqqın dərk edilməsi ilə kütləvi etirazlar başladı vəbir üsyan xarakterini aldı. Lakin, may etirazlarnı yalnız psixoloji baxımdan deyil, eyni zamanda siyasi baxımdan da qiymətləndirmək gərəkdir. Siyasi qiyməti bundan ibarətdir ki, bu bir ziyalının, vəyaxud da bəlli bir təbəqənin etirazı deyildi. Bu böyük kütlənin etirazı idi və ona görədəözünü kütləvi nümayişlər formasında göstərdi vəgüc strukturlarının bölmələri ilə birbaşa toqquşmalara qədər böyüdü. Vəməncə, may ayaqlanmasını ikinci dünya müharibəsindən sonra İranda Azərbaycan milli hərakatının keyfiyyətcəyeni bir mərhələsi hesab etmək olar .

-Quzey Azərbaycan olaraq necəreaksiya verdik bu hadisəyə?

-O zaman mətbuat orqanları gündəlik olaraq bu olaylarla bağlı məlumatlar verirdi, eyni zamanda siyasi partiyaların bəyanatlarını xatirlayıram. Milli Məclisdədəhadisəyləbağlı çıxışların şahidi olduq. Hətta, onu deyim ki, şəxsən mən özüm may hadisələri dövründəsəsləndirilən şüarların siyahısını tərtib eləyib, Milli Məclisətəqdim etmişdim vəmillət vəkilləri dəonlarla tanış olmuşdular.
Bu hadisələr xarici ölkə mətbuatında da işıqlandırıldı. İran səfirliyinin Bakıda vəbaşqa ölkə paytaxtlarındakı səfirlikləri qarşısında etiraz piketləri oldu. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İrandakı molla rejiminin anti-türk, anti-Azərbaycan siyasətini şiddətlə qınanıldı.
Quzey Azərbaycan bu hadisələrdən çox şey gözləyirdi, xüsusən milli qüvvələr düşünürdü ki, bunun bir davamı da olacaq. Ancaq, təəssüflər olsun ki, bu bir həftəsürdü vəbitdi. Lakin, Quzey Azərbaycan təbii ki, buna çox təqdirləyanaşdı. Bunu o zaman burda güneyli soydaşlarımızın təhqirlərəetirazını, ümumiyyətlə hərakatın dəstəkləndiyini göstərən faktlar da təsdiq edir. Məncəbu, müsbət bir hal idi, ancaq üstündən 9 il keçəndən sonra bir daha onu təkrar etmək istəyirəm ki, kaş ki, Quzey Azərbaycan o məqamda bu hadisələrə hazır olaydı. Daha artıq şəkildə, daha operativ qaydada, Güney Azərbaycandakı bu olaylara, bu ayaqlanmaya görədövlət olaraq öz sözünü deyəbiləydi. Zənnimcə, o reaksiyalar biraz kecikdi.

-Bəs bu hadisəQuzeydəTürklük qavramının, Türklük şüurunun inkişafına necətəsir göstərdi?

-2006- cı ilin may ayaqlanması mənim üçün birinci sırada onun şüarları iləyadda qalıb. Sonralar daha geniş şəkildətəkrar olunan, yayılan bu şüarlar o vaxt ilk dəfəidi ki, səsləndirilirdi . Vəbu şüarlar hərakatın xarakterini göstərmək, onu dərk etmək baxımından çox önəmli idi. Doğrusu mən o şüarları çox sevdim və şəxsən bir araşdırmaçı, bir vətəndaş olaraq onların təbliğ olunması, izah olunması üçün çalışdım. Şəxsən mənim üçün həqiqətən bu şüarlar bir ümid qaynağı oldu. O şüarları bir daha istəyirəm oxucuların diqqətinəçatdırım. Nümayişlərdəsəsləndirilən şüarlar əsasən bunlar idi; "Türk dilini atmarıq, fars dilinəsatmarıq!", "Türk dili ölən deyil, fars dilinədönən deyil!", "Türk dili İranda rəsmi dövlət dili olmalıdır!", "Qarabağa uzanan yad əllər kəsilməlidir!", "Qalx ayağa Azərbaycan!", "Haray-haray mən türkəm!", "Ölüm olsun faşizmə, ölüm olsun şovinizmə!", "Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!" , "Təbriz- Bakı- Anakara, farslar hara biz hara!", "Nəşərqi, nəqərbi, itin farsdan nəfərqi!", "Hər kəs ki, bitərəfdi, farsdan da bişərəfdi!", "And olsun Səttarxana, Tehran gərək odlana!", "Təşəbbüssüz millət gərək xar olsun!", "Mən odam odla oynama, alışarsan, yanarsan!"...
Bu tipli şüarların səsləndirilməsi hərakatın radikallaşması baxımından diqqəti cəlb edir.

-Biz bu hadisəni XXI əsrin əvvəlindəGüneydəTürkçülük hərakatının yeni başlanğıcı kimi dəyərləndirəbilərik, yoxsa...?

-GüneydəTürkçülük hərakatının tarixini XXI əsrin əvvəllərindən hesablamaq doğru olmazdı. Bu tarix daha qədiməgedir, ən azından burda bizim böyük fikir adamlarının hadisələrdəçox diqqət çəkən fikirlərini, yaddaşlarda yer almış əsərlərini, deməmək mümkün deyil. Vəb bunu XXI əsrin əvvəlləri iləməhdudlaşdırmaq doğru olmazdı. Bu fikirlərin ən azı 100 illik bir tarixi var; müxtəlif şəkillərdəözünü göstərib, ya ədəbi formada, ya siyasi formada, ya bəyanat şəklində, ya siyasi məqalə,ya kitab nümunəsində. Bunu XXI əsrin əvvəllərinəgeri çəkmək doğru olmazdı .

-Bəs kütləvilik baxımından necə?

-Əlbəttə, kütləviləşmək baxımından bu diqqəti çəkir. Bu hadisəiləTürkçülük fikrinin daha geniş sosial təbəqələrə, yaş qruplarına yayılması bir faktdır, bir gerçəklikdir. Bu da təbiidir, çünki, millət özünü dərk etdikcəbu genişlənməvədərinləşməsürəti daim çoxalacaq vədavam edəcək.

-May hadisələrinin özündən sonrakı proseslərətəsir gücünü necəqiymətləndirirsiz, hansı nəticələr əldəedildi?

-Məncəmay hadisələri vəyaxud da may ayaqlanması haqqında danışanda bu proses gedişindəəldəolunmuş bir tarixi sənəd haqqında danışmasaq düzgün olmaz. Bu may ayının 28-dəTehranda yüz minlərin iştirak etdiyi mitinqdəqəbul olunmuş bir bəyanat idi. Bunu bir milli istəklər bəyanatı , ya da deyək ki, milli hərakatın istəkləri sənədi kimi dəqəbul etmək olar. Çünki, bu sənəd orda iştirak edən yüz minlərləinsanın milli hissinin ifadəsi olmaqla bərabər, həm də bütünlükləmillətin rəğbətini qazana bilmişdi. Söhbət 33 maddəlik tələblərdən gedir. Sənəd çox mükəmməl bir sənəddir vəmilli həyatın müxtəlif müstəvilərini əhatəedir. Bu sənəd önəmli olmaqla bərabər , həm dəkamil bir sənəd idi. Bu sənədin mətnini mən "İslam Cümhuriyyəti dövləti vəAzərbaycan türklüyü" adlı bir yazımda vermişəm. 2006-cı il may ayının 28-dəİslam Şura Məclisi binasının qarşısındakı nümayişdəoxunmuş qətnaməAzərbaycan/Türk milli hərəkatının mühüm tarixi sənədi sayılmalıdır. Bu sənədin qısa məzmunu aşağıdakılardan ibarət idi: Son 100 ildəİrandakı millətlər mədəni, ictimai, siyasi vəiqtisadi şovinizməvəayrı-seçkiliyəməruz qalmışlar. Fars şovinizmi yaxşı bilirdi ki, bir milləti yox etmək üçün ilk addım olaraq onu təhqir etmək vəonun dilini aradan aparmaq lazımdır. 7000 illik keçmişi olan bu məmləkəti burada 2500 illik keçmişi olan Arya vəParslara məxsus məmləkətəçevirmək üçün onun tarixini təhrif etdilər. Qeyri-Farsların dillərinəMoğol vəƏrəb vəhşilərinin sırıdığı dil (!!) adını qoydular vəinsan sayılmaları üçün onların öz kimliklərindən imtina etmələri vəyalançı kimlik almaları üçün müxtəlif beyinyuma mexanizmlərindən istifadəedildi. Ana yasanın 15, 19 və20-ci maddələrindəəksini tapmış məhdud haqlar beləgerçəkləşmədi. Ölkəəhalisinin 70%-əbərabər olan Fars olmayan millətlər vəqövmlər 30 ildir ictimai, iqtisadi vəmədəni ədalət gözləyir.

Sonluq; Uzun mücadilətariximizdəarxada qoyduğumuz hər bir aşama özündən sonrakı dövr üçün təməl daşı dəyərindədir. Gələcəyəyönəlik çətin mübarizəyolumuzun uğurlu sonluğu millət olaraq canımızla, qanımızla rövnəqləndirdiyimiz milli hərakatın hər bir mərhələsinin mahiyyətini dərk edib düzgün nəticəçıxarmaqdan keçir.
Xatirələrimiz canlansın, yaddaşlarımız möhkəmlənsin deyəHərakatın 2006-cı il may ayının 28-dəİslam Şura Məclisi binasının qarşısındakı nümayişdə oxunmuş həmin tarixi bəyanatını orijinalda olduğu kimi ixtiyarınıza təqdim edirik;

“Azərbaycan Milli Hərəkatı” adlı mədəni, kimlik vəədalət tələb edən xalq hərəkatı Azərbaycan millətinin bütün təbəqələrini öz sıralarında birləşdirir vəuzun tarixi keçmişəmalikdir. Şeyx Məhəmməd Xiyabaninin Azadistan hərəkatı, Milli hökumət (1945-46), inqilabın başlarında Müsəlman Xalq hərəkatı vəhazırkı dövrdəAzərbaycan milli hərəkatı milli kimlik vəmilli maraqların təmin edilməsi uğrunda hərəkatdır. Beləbir zamanda İslam prinsiplərinəəməl etməyi özünün fəaliyyətinin əsası elan etmiş 9-cu hökumətdən bu cür qeyri-insani hərəkətlərin nəhayət dayandırılacağını gözləyirdik. Fəqət dövlətin icra etdiyi mədəniyyət proqramları göstərir ki, şovinist fikirlər hələdövlət idarələrindədərin kök salıb. Rəsmi İran qəzetinin mətbuat əxlaqını ayaq altına alması və35 milyon Müsəlman Türkəxəyanət etməsi bunun açıq göstəricisidir.[Daha sonra karikaturun mahiyyəti vəbu hadisəyəetiraz hərəkatı təsvir edilir.] Amma demək lazımdır ki, bu etiraz yalnız bir karikaturaya etiraz deyil, bu, Türklərəmünasibətdəuyğulanan 84 illik təhqir vəayrı-seçkiliyəetirazdır.



Keçmiş vəindiki durumun müqayisəsi göstərir ki, mədəniyyət proqramları bir siyasi cərəyanın, bir siyasi qrupun siyasəti deyil, bu dövlətin yalnız bir dil, bir mədəniyyət, bir kimlik tanınmalıdır prinsipindən doğur. Büdcədən milyardlarla tümən ölkəəhalisinin 30%-nin mədəniyyətini, dilini, tarixini vəkimliyini gücləndirmək üçün sərf edilir.



Deyilənləri göz önünəalaraq, biz, 28 may 2006-cı il (7 xordad 1385) tarixindəİslam Şura Məclisinin qarşısında toplaşmış mitinq iştirakçıları, tələb edirik: Əsas tələblər:



1.Türk dilinin[103] rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrindəana dilindətəhsil;

2.Türkcəverilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil vəədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkəuniversitetlərindəTürk dili kafedralarının yaradılması;

əlavə tələblər:

3.Ana yasanın 15, 19 və20-ci maddələrinin icra edilməsi vəbu qanunların Azərbaycan milləti vədilinin, İranın başqa millətlərinin tanınması yönündədəyişdirilməsi;

4.Son hadisələrdəbaş vermiş xəsarəti düzəltmək, Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün 5 milyard tümənin (dolların) ayrılması;

5.Babək qalasına illik yürüşün rəsmən tanınması, ona olan məhdudiyyətin götürülməsi; Babəkin anadan olması gününün ölkənin rəsmi təqvimində“Azərbaycanın milli qəhrəmanı Babəkin təvəllüd günü” kimi rəsmiləşdirilməsi;

6.Son hadisələrdəqətl edilmiş insanların “şəhid” kimi rəsmiləşdirilməsi; onların ailələrinəmaddi vəmənəvi təzminatın verilməsi; bu qətllərin səbəbkarlarının cəzalandırılması; bütün Azərbaycan şəhərlərindəAzərbaycan milli hərəkatının şəhidləri muzeyinin yaradılması; bu şəhidlərin adının küçələrəqoyulması; ölkənin rəsmi təqviminəbu günün “Azərbaycan şəhidləri günü” kimi daxil edilməsi;

7.Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsindəaparteyid əlamətlərinin ləğvi; mənhus Pəhləvi rejiminəaid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması vəbu sahədəqanunların qəbul edilməsi;

8.Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəllikləson bölgüyəgörəAzərbaycan tarixi adlarının Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər vəostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara vəbaşqalarının Azərbaycana qaytarılması; Türkcəadların qoyulmasına mane olmamaq;

9.İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları vəuyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını MüdafiəŞurası” adlı komitənin təşkil edilməsi;

10.Son hadisələrdəhəlak olmuş şəxslərin yas mərasimlərinin təşkilinəvəburada insanların iştirakına icazənin verilməsi;

11.Azərbaycan siyasi məhbuslarının dərhal vəqeyd-şərtsiz azad edilməsi; Azərbaycanda millətəatəş açanlar vənümayişçilərəqarşı zorakılıq etmiş şəxslərin tutulub cəzalandırılması;

12.Azərbaycandakı nəşriyyələrin çapının dayandırılması haqqında qərarın ləğv edilməsi;

13.İrşad vədaxili işlər nazirlərinin son nümayişlərəmünasibətinəgörəsorğulanmaları; prezidentin [Mahmud Əhmədinejadın] İran mətbuat müəssisəsi müdirinin seçilməsinəbirbaşa məsuliyyət daşıdığına, Novruz bayramı münasibətiləyalnız Farsdilliləri təbrik edib, İranın başqa millət vəqövmlərini görməməzliyəvurduğuna görəAzərbaycan millətindən üzr istəməsi;

14.Azərbaycanın qərbindəvəAzərbaycanın başqa sərhəd şəhərlərindəyerli əhalinin [milli] tərkibinin dəyişməsinəsəbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi;

15.Fars şovinizmi iləciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilədayandırılması; İranda milli vəqövmi aparteyidin tamamilədayandırılması;

16.Ermənistanla siyasi, ticari vəmədəni əlaqələrin tamamiləkəsilməsi;

17.Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan vəİranın birliyi) tamamilədayandırılması; İranı Fars dövləti və“Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkəkimi təqdim edilməsi vəana yasada İran millətləri vəqövmlərinin hamısının rəsmən tanınması;

18.Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi vəAraz çayı üzərindədostluq vəbarış körpülərinin tikilməsi;

19.Xəzər dənizinə“Mazandaran” adının qoyulmasının qarşısının alınması;

20.Fars dilindəəskinaslarla yanaşı ölkədəAzərbaycan Türkcəsindədəəskinasların çap edilməsi;

21.Azərbaycanın əski vəmilli abidələrinin təmiri vəonların dağıdılmasının önlənməsi; özəllikləTəbriz Ərk qalası vəətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili vəƏdəbiyyatı Qurumunun qurulması;

22.Azərbaycanda turistik imkanların yaradılması;

23.TəbrizdəAzərbaycan ilədostluq evinin, Urmuda Türkiyəilədostluq evinin yaradılması;

24.Azərbaycanda, özəllikləMuğan çölü vəQoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması;

25.Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi vəbu iş üçün xüsusi büdcənin ayrılması;

26.Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan vəZəncan muzeylərinəgeri qaytarılması;

27.Azərbaycan Türkcəsindəkitabların çapına yardım etmək, Azərbaycan tarixi vəədəbi kitablarının araşdırılması vəsiyahıyaalınması məqsədiləAzərbaycan Nəşr Fondunun yaradılması;

28.Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi vəhava limanlarının tikilməsi, eləcədəAzərbaycan tranzit yollarının genişləndirilmə
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed