01.06.2015 [10:09] - Xəbərlər, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyasının İdeolojiya Şöbəsi son bir ayda ölkəmizdə baş vermiş ən mühüm hadisələrə partiyanın ideoloji və müxalif baxışlarını təqdim edir:
-Son bir ayda Azərbaycanda ən mühüm hadisə mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın hadiəsi idi. 16 mərtəbəli binada baş vermiş yanğın 16 nəfərin ölümü, 63 nəfərin müxtəlif dərəcəli xəsarətlər almasıyla nəticələndi.
Bu faciə, ölkəni bürümüş digər bir neçə faciələri də gün işığına çıxardı. Məmurların və sahibkarların insan həyatına biganə münasibətləri, ölkəyə və vətəndaşlara qarşı məsuliyyətsizliyinin hansı həddə olması özünü büruza verdi.
Faciənin səbələri və fəsadları barədə geniş müzakirələr olub və xalq mətbuat vasitəsiylə hər bir detalın incəliyinə qədər məlumatlıdır. Ona görə də biz, birbaşa faciə zamanı hakimiyyətin məsuliyyətli qurum və şəxslərinin davranışlarına toxunmaq istəyirik:
Dünya təcrübəsində belədir ki, istər inkişaf etmiş ölkələr olsun, istər də inkişaf etməkdə olan ölkələr, bir hadisə baş verəndə məsuliyyəti bir və ya bir neçə qurum və ya orqan öz üzərinə götürür və bununla bağlı dövlət və xalq qarşısında hesabat verir və əgər cəza tətbiq edilməlidirsə dərhal aidiyyatı üzrə icra edilir. Hətda yaxın tarixdə biz qonşu ölkələrdə də, xalqı sarsıdan hadisələrlə bağlı hansısa nazirin məsuliyyəti öz üzərinə götürməklə istefa verməsi və ya cinayət məsuliyyətinə cəlb olunmasının şahidi olmuşuq. Lakin Azərbaycanın hazırkı hakimiyyət məmurları günahi bir birlərinin üzərinə atma ən-ənəsinə sahibdirlər ki, son faciədə də bu təcrübədən yararlanmağa cəhd etdilər. Lakin Prezidentin birbaşa müdaxiləsi bunun qarşısını aldı. Əgər bu müdaxilə geciksəydi, güman ki, cəzısızlıq mühiti yaranacaqdı. Hətta Prezidentin müdaxiləsindən əvvəl, rəsmi şəkildə bəyan edilirdi ki, əgər istintaq hadisənin terrorla bağlı olmadığını təsdiqləsə, iş bağlanacaq və yanmaya davamsız olan üzlüklər sökülməyəcək. Yəni, bizim məmurların məntiqinə görə, əgər yanğın təsadüfən baş veribsə bu qədər böyük faciəyə səbəb olmasına baxmayaraq, növbəti təsadüf nəticəsində daha bir böyük faciənin yaranmasına şərait yaradılmalıdır.
Lakin, bu kimi davranışların və məmurların zərərçəkmişlərə qarşı biganə münasibətinin fonunda müxalifət partiyaları daha xalqa yaxın oldular. Demək olar ki, əksər müxalifət partiyaları ciddi etirazlarla çıxış etdilər. Parlamentdə təmsil olunan müxalifət partiyaların millət vəkilləri ayrı ayrılıqda demək olar hər biri əhalinin hüquqlarının qorunmasıyla bağlı bəyanatlar verdilər. Bəyanatlar içərisində ən sərt mövqeni isə Milli Dirçəliş Hərəkatı Partiyası sərgilədi. Partiyanın sədri, millət vəkili Fərəc Quliyev verdiyi bəyanatda hadisənın qəza və ya təxribat olmasından asılı olmayaraq günahkarlarının dövlət tərəfindən ciddi cəzalandırılmasını tələb etdi. Mətbuatda “Millət vəkili günahkarların ciddi cəzalandırılmasını tələb edib” başlığı ilə manjet verilən bəyanatın tam mətni belə idi: "19 may 2015-ci il tarixində Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğının ağır fəsadları bizi dərindən sarsıtdı. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından baş vermiş faciə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir və xəsarət alanlara Allahdan şəfa diləyirik. Olduqca ağrılı nəticələrə səbəb olmuş bu hadisə bütün xalqı kədərə batırdı. Ona görə də biz bu hadisənin təsadüfən və ya təxribat olmasından asılı olmayaraq dövlət tərəfindən günahkarların ciddi cəzalandırılmasını tələb edir və buna əvvəlcədən inamımızı ifadə edirik!”
Qeyd edək ki, faciə ilə bağlı prezidentin mövqeyi məmurlardan fərqli olaraq, müxalifətin və xalqın istəyi ilə üst-üstə düşdü. Prezident baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradaraq hadisənin dərindən araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi, zərərçəkənlərə kompensasiyaların ödənilməsini təmin etdi. O, həttə məmurların yanmaya davamsız üzlüklərin sökülməsini gecikdirmək cəhdlərinə baxmayaraq, onların dərhal sökülməsinə başlamaq barədə göstəriş verərdi. Prezidentin “Avropa Oyunları bu faciənin qarşısında bir heçdir” yanaşması da xalq tərəfindən olduğu kimi, müxaliflər tərəfindən rəğbətlə qarşılandı.
-Bu ay Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla hökumət arasında sayca üçüncü iqtidar-müxalifət dialoqu keçirildi. Görüşdə qtidar tərəfini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüsenyn Kazımlı, müxalifət tərəfdən isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak ediblər.
Hakimiyyətin Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyarının dialoqda iştirak etmələri üçün etdiyi təkliflə bağlı hər iki partiya şərtlər irəli sürdülər, hakim partiya isə həmin şərtləri rədd etdi. Bundan sonra yenə AXCP funksionerləri əvvəlki görüşlər ərəfəsində olduğu kimi qarayaxma kompaniyasına başlayaraq öz ağıılarınca dialoqun mahiyyəti barədə yalnış fikir formalaşdiracaqlarını düşündülər. Lakin, ilk növbədə geniş auditoriyaya sahib olmamaları, digər tərəfdən isə son illərdə cəmiyyətdə qazandıqları mənfi imic və digər müxalifət partiyaları tərəfindən aldıqları tutarlı cavablar onların bu cəhdini ciddi uğursuzluğa düçar etdi. Müxalifət partiyaları arasından AXCP-yə ən sərt cavab da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdən gəldi. F.Quliyev bildirib ki, AXCP-nin verdiyi qiymət heç nəyi dəyişməz: “AXCP sertifikat verən təşkilat deyil ki. Mən keçən dəfə iclasda da qeyd etdim ki, milli maraqları tapdaq altına atan, milli şura yaradan, xarici dövlətlərə dəstək olan, xarici dövlətlərin maraqlarını Azərbaycanda rellaşdırmağa çalışan təşkilatlarla bir masada oturmağa dəyməz və mən şəxdən oturmaq istəmirəm”. O, qeyd edib ki, AXCP ictimai rəyə təsir edə bilməyən təşkilatdır: “Hətta təsir etsələr belə, bizim üçün hər şeydən öncə vətəndir. Vətənin mənafeyinə görə hər kəs bir yerə yığılır. Əgər bu məsələləri masa arxasında müzakirə etməyəcəksənsə, harada müzakirə edəsən? Hesab edirəm ki, bu məsələdə özlərini kənarda saxlayanlar iki şeyə görə qıraqda qalıblar. Birincisi, ağaları bunlara icazə vermir, ikincisi, gücləri yoxdur və orada təkliflər irəli sürmək iqtidarında deyillər”. F.Quliyev vurğulayıb ki, bu iqtidar-müxalifət dialoqunda hamının bir yerdə olması arzulanandır ki, Azərbaycanda bir konsolidasiya olsun: “Amma mən birmənalı şəkildə Azərbaycanın milli maraqları əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən təşkilatların bu masada oturmasının əleyhinəyəm”.
MDHP lideri, istiqlalçı deputat Fərəc Quliyevin bu cavabından sonra, dialoqa qarşı başlamış qarayaxma kompaniyası “daş atılmış qurbağa gölü”-nə döndü.
Qeyd edək ki, hazırda Azərbaycanın beynəlxalq bir tədbirə ev sahibliyi etməyə hazırlaşması səbəbindən cəmiyyəti daha çox maraqlandıran, daha çox onun gündəmində dayanan məsələ Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsi olduğu üçün, üçüncü dialoqun müzakirəsi də məhz buna həsr edilmişdi.
-Bu ay ölkəmiz üçün mühim hadisələrdən biri də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlərə başlaması oldu. Müdhiş görüntüləriylə bizə qürur verən təlimlər dünya mətbuatına da çıxdı. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordusunun komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə keçirilən möhtəşəm təlimlərin düşməndə yaratdığı vəlvələ özünü açıq şəkildə büruza verdi. Azərbaycan və Türkiyə bayraqları ilə hərəkət edən texnikanın təlim atışları və hücum-müdafiə manevrləri “Ermənistan Respublikası”-nın həm hakimiyyət, həm ordu, həm də mətbuat səviyyəsində dünyadan imdad diləməsi ilə müşahidə olundu.
Lakin burada maraqlı məqam ondan ibarət oldu ki, Rusiyanın hərbi müstəmləkəsi olan Ermənistanın bu aciz durumu, Azərbaycanın tərəfdaş, Türkiyənin isə üzvü olduğu NATO-nu rahatsız etdi... Təlimlər başlayan kimi NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay tələm-tələsik bəyan etdi ki, “Biz Minsk prosesini dəstəkləyirik. Eyni zamanda, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahatlığımızı ifadə edirik”.
-Bu ay GünAz TV-nin Bakı ofidinin rəhbəri, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü Araz Obalının Bakıda yaşadığı evə naməlum şəxslər tərəfindən edilən hücum Azərbaycanda bütün medianı ayağa qaldırdı. Televiziya rəhbərinin evinə edilən silahlı basqın nəticəsində döyülməsi və qarət edilməsi, daha sonra da polisə şikayət edəcəyi təqdirdə güllələnəcəyi ilə hədələnməsi əksər media orqanlarında geniş işıqlandırılaraq ciddi şəkildə günahkarların cəzalandırılması tələb olundu. Hakimiyyət və siyasilər tərəfindən heç bir münasibət bildirilməyən bu hadisəylə bağlı biz hesab edirik ki, ciddi və nüfuzlu bir media mənsubuna qarşı tötədilmiş bu terror hadisəsi dünyanın diqqətinin Azərbaycanda olduğu bir vaxtda qəsdən planlaşdırılan bir təxribat da ola bilər. Ona görə də hüquq-mühavizə orqanlarının günahkarları qısa zamanda taparaq layiqli cəzalaranı verməsi indi öz vacibliyini daha da artırmış olur.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
01.06.2015
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
01.06.2015
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |