Şrift:
DÖVLƏTİ TƏHDİD
25.06.2015 [12:31] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının I Avropa Oyunları dönəmində dövlətə qarşı olan təhdidlərlə bağlı mövqeyi

Milli Dirçəliş Hərəkatı Partiyası çağdaş bir müxalif partiya kimi hesab edir ki, I Avropa Oyunları sıradan bir hadisə deyil və bu idman tədbiri eyni zamanda bir mədəniyyət yarışı olmaqla, ölkənin müsbət imici baxımından çox əhəmiyyətlidir. Bir-birinin ardınca beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün I Avropa Oyunları beynəlxalq imic baxımından növbəti bir sınaq hesab olunduğu üçün, tədbirlə bağlı milli birlik şərtdir. Keçirilən tədbir Azərbaycan hakimiyyətinin adından deyil, Azərbaycan Respublikasının adından keçirilir və beynəlxalq ictimaiyyətdə də verilən qiymət ölkəmizə verilir.
I Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Respublikası bütün dünyanın diqqətini öz üzərinə çəkib. Qısa bir zamanda belə bir mötəbər beynəlxalq tədbirin təşkil edilməsi inandırıcı görünmürdü. Oyunlar başlayana qədər müxtəlif mənfi rəylər və qarayaxmalar oldu. Zaman azladıqda isə artıq ölkəmizə qarşı daxildən və xaricdən təziqlər artmağa başladı. Azərbaycana qarşı açıq və gizli düşmənçilik siyasəti yürüdən ölkələr və qüvvələr əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, I Avropa Oyunları ilə də bağlı birgə qara piyara başladılar. Bir çox cəhdlər oldu ki, ya oyunların baş tutmasının qarşısı alınsın, ya da bir çox idmançıların oyunlardan imtinasına nail olsunlar ki, tədbir nəzərdə tutulan səviyyədə keçirilməsin. Bunun üçün gah terror olacağı ilə bağlı şaiələr yaydılar, gah insan haqlarının pozulmasını gündəmə gətirirlər, gah da heyvan haqlarını qabartdılar ki, Azərbaycanda heyvanlara qarşı zorakılıq var. Hətda qonşu Türkiyədə Azərbaycana qarşı "Hepimiz Hayvanız" aksiyası keçirdilər. Bu cür kompaniyalara ölkə içindən də qoşulanlar oldu.
Lakin, oyunların açılış mərasimi və uğurla davam edən yarışlar Azərbaycana qarşı kompaniyaya qoşulanları məyyus etdi.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə sərgilədiyi qüdrəti və tədbiri gözlənildiyindən də yüksək səviyyədə təşkil edə bilməsi, bütün dünyanın diqqətini özünə yönəltdi. İndi Azərbaycan dünyaya özünü təqdim edir. Dünyanın bizim barəmizdəki rəyi məhs diqqətlərin bizim üzərimizdə olduğu vaxt bizim davranışimizdan asılıdır. Əlbətdə ki, evə gələn qonağın yanında dalaşan ev sahibləri haqqında qonaqda müsbət rəy yarana bilməz. Elə məhz buna görə də Azərbaycanın imicini aşağı salmaqda maraqlı olan güclər indi ən çox daxili qarşıdurmaların yaranmasında maraqladırlar. Belə qüvvələr indi ölkəmizdəki əlaltılarının köməkliyi ilə, ən çox etdikləri cəhd isə vətəndaşlar vasitəsiylə dövlətə qarşı təhdidlərə nail olmaqdır. Son günlər istər asayiş keşikçiləri olsun, istər də digər dövlət məmur və qulluqçuları, daha çox şantaj və təhtidlə qarşılaşırlar. Biz hesab edirik ki, dövləti təmsil edən məmur və qulluqçulara qarşı bu cür davranış, bu gün məhz beynəlxalq imicə hesablanmış və dövlətə qarşı olan bir təziqdir. MDHP belə bir davranışın ola biləcəyi ilə bağlı oyunlardan əvvəl də yayımladığı geniş şərhlərlə öz ehtimallarını təqdim etmişdir. Hətta, bu cür halların qarşısının birdəfəlik alınması üçün, partiya sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisdə məslə də qaldırmışdı ki, dövlət məmur və qulluqçularının şantaj və təhdidlərlə bağlı hüquqlarını qorumaq üçün qanuni əsaslar olmalıdır:
"Təhdidlərə məruz qalan məmurların da hüquqlarının qorunması diqqətdə saxlanılmalıdır. Məsələn, bir vətəndaş doğru olmayan bir tələbdə bulunur. Sonra da özünü yandırmaq və ya körpüdən atmaqla hansısa məmuru təhdid edir. Belə məmurlar müdafiə olunmalıdırlar. Bu döğru deyil və pis bir ən-ənəyə gətirib çıxardı. Artıq televiziyada biri durub elan edir ki, "...biz hər yerə müraciət etdik, hətda anam körpüyə belə çıxdı, bir nəticə olmadı...". Güya körpüyə çıxmaq bir instansiyadır. Bu Konustitusiya Məhkəməsidir, nədir?! Məncə, belə təhdid və şantajlardan istifadə edən insanların qarşısını almaq üçün də müəyyən təkliflər paketi hazırlanmalıdır. Azərbaycan hüquqi dövlətdir və belə davranışlara yol vermək olmaz."
Fərəc Quliyev daxili işlər orqanları əməkdaşlarının da təhdid edilməsini yolverilməz hesab edərək, həmin çıxışında qeyd etmişdir ki: "Neçə olur ki, bir hüquq-mühafizə orqanının işçisi etik normanı pozanda ona qarşı cəza tətbiq olunur, amma hüquq-mühafizə orqanı işçisinin- papağında Azərbaycanın gerbini daşıyan bir polisin papağını yerə çirpan bir məhbusa konfort şərait yaradılır, xüsusi diqqət ayrılır?! Məncə, papağında Azərbaycanın gerbini daşıyan polislə, onun papağını yerə çirpan adma eyni təsnifatda baxılmalıdır. Biz öz polisimizi də, məmurlarımızı da, atributlarımızı da qorumağı bacarmalıyıq. Bu məsələyə məncə xüsusi diqqət ayrılmalı və məmurlar da, polislər də diqqətdən kənarda qalmamlıdırlar."
Beləliklə, MDHP  dövlət qulluqçularına və məmurlarına qarşı qərəzli və  məqsədli  təziq və təhdid hallarını pisləyir və bu cür halları dövlətimizin  imicinə kölgə salmaq cəhdi sayaraq bunu yolverilməz  hesab edir. Dövləti təmsil edəni öz işiylə bağlı şantaj və təhdid etmək  dövlətə qarşı bir təziq formasıdır. Bu cür hallar həm də məmur –vətəndaş münasibətlərində ucurum yaradaraq milli birliyə  mane olmaq istəyindən doğur.
Bu səbəbdən  hesab edirik ki,hüquq mühafizə işçiləri  və digər  məmurların şantaj və təhdiddən qorunması digər vətəndaşlar kimi  onların da da  hüquqlarına hörmətlə yanaşmaq olar və dövlətimizi dolayı vasitələrlə gözdən salanların imkanları məhdudlaşdırılar. Ümumiyyətlə hesab edirik ki,vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində  belə bir qanunvericiliyin olması vacibdir.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed