Şrift:
Almaniyada 20 Yanvar hadisələrinə həsr olunan tədbirlər keçirilib
21.01.2012 [15:52] - Diaspor
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 20 Yanvar hadisələri və həmin hadisələr zamanı həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş “Qalaya dönən vətən” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin qonağı Azərbaycanın Əməkdar İncəsənət xadimi, kino rejissor və rəssam, “Qala” filminin yaradıcısı Şamil Nəcəfzadə olub.

Gecəni AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova açaraq, 20 Yanvar hadisələrini Azərbaycan xalqının həyatında yaranan mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.

O, “Qala” filminin bu hadisələri birbaşa təsvir edən bir film deyil, onun əhəmiyyəti olan dəyərlər, bu dəyərləri özündə qoruyan “Vətən – qala” üçün mübarizəyə hazır olma haqqında simvolik bir film olduğunu bildirib.
Azərbaycan səfirliyinin əməkdaşı, Fikrət Axundov çıxışında 20 Yanvar şəhidlərinin hər il xatirəsinin anıldığını və həmin günün Azərbaycan xalqının xatirəsində “Qara Yanvar” kimi qaldığını qeyd edib.

“Qala” filminin rejissoru Şamil Nəcəfzadə filmin məzmunu haqqında qonaqlara geniş məlumat verib.

İngilis dilində subtitrlərlə müşayiət olunan “Qala” filminin nümayişindən sonra film ətrafında müzakirələr aparılıb. Almaniyada 20 Yanvar hadisələrinə həsr olunan tədbirlər keçirilib


Tədbir alman dilində keçirilib, AAKM tərəfindən 20 Yanvar faciəsi haqqında xüsusi məlumatlandırıcı vərəqələr hazırlanıb və qonaqlara paylanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Almaniyanın Drezden şəhərində isə “Alm.az” Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Saksoniya əyalətinin dövlət və hökumət nümayəndələri, Drezdendə təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyətin və rus, yəhudi, ukrayna, qazax icmalarının nümayəndələri, Saksoniyanın Mayson şəhərindən gəlmiş soydaşlarımız iştirak ediblər.
Tədbirdə “Alm.az” Cəmiyyətinin sədri Ağahüseyn Babayev Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılmış 20 yanvar hadisələri, o zamankı SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi amansız terror aktı və keçmiş SSRİ-nin rəhbəri Mixail Sergeyeviç Qorbaçovun havadarlığı ilə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü barədə məlumat verib. Ağahüseyn Babayev 20 Yanvar hadisələrinə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə siyasi-hüquqi qiymət verildiyini bildirib. Daha sonra tədbir iştirakçıları üçün “Azadlığa aparan yollar” sənədli filmi nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed