Şrift:
BİLDİRİŞ
20.07.2015 [12:02] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
Hörmətli media nümayəndələri!
Milli Dirçəliş Hərəkatı Partiyası sizi partiyanın Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə ziyalıların, millət vəkillərinin, dövlət adamlarının və ictimaiyyətçilərin iştirakı ilə keçiriləcək, ictimai və dövlət xadimi, cərrah Mustafa Topçubaşovun anadan olmasının 120 illiyi ilə bağlı, azərbaycanlıların Qərbi Azərbaycandan dəfələrlə departasiyası, Qərbi azərbaycanlıların yaşadığı faciələr, Beynəlxalq Hüquq çərçivəsində onların haqqları və eyni zamanda M.Topçubaşovun timsalında Qərbi Azərbaycan ziyalılarına həsr edilmiş, “Qərbi Azərbaycan ziyalıları: Topçubaşov – 120” adlı Dəyirmi Masaya dəvət edir.
Tədbir, 21 iyul 2015-ci il tarixində, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük konfrans zalında keçiriləcək.
2 saat keçirilməsi nəzərdə tutulan tədbir, rəsmi və qeyri rəsmi (çay süfrəsi) hissələrdən ibarət olacaq.

MDHP Mətbuat Xidməti
20.07.2015
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed