Şrift:
Filippində daşqın nəticəsində 5 nəfər həlak olub
06.08.2015 [10:17] - Gündəm, Hadisə
Filippində “Soudelor” tayfununun səbəb olduğu daşqın nəticəsində ən azı 5 nəfər həlak olub, 3 nəfər itkin düşüb.

TASS agentliyinin verdiyi məlumata əsasən, ən çətin vəziyyət Mindanao adasında qeydə alınıb.

Tayfuna görə arxipelaqda güclü yağışlar yağır.

Yaşayış məntəqələrinin əksəriyyəti su altında qalıb.

Mindanaoda ümumilikdə 2 min nəfərə yaxın insan xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed