Şrift:
Güney Azərbaycan Xəbərləri
25.01.2012 [11:39] - Gündəm
Güney Azərbaycan milli hərəkat fəallarının həbsi davam edirlər tutuqlandı


Güney Azərbaycan Xəbərləri


İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri durmadan artır. Tutulanlar siyahısına bir nəfər də əlavə oldu.Son məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində daha bir azərbaycanlı öyrənci fəal tutuqlanıb. Mehdi Abbasi (Oktay) dünən (2012-ci il yanvarın 24-ü , 1390-cı il bəhmənin 4-ü) yerli vaxtla saat 16 radələrində tutuqlanıb.ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Abbasinin yaşadığı evə müraciət edərək onu yaxalayıb və naməlum istiqamətə aparıblar.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Əhər şəhərinin Azad universitetində təhsil almaqdadır.Xatırladaq ki, bundan öncə 24 saat ərzində daha 5 nəfər azərbaycanlı fəal (Əli Pakbaz, Şəhram Radmehr, Əfşin Şəhbazi, İbrahim Savalan və Məhəmməd Əhədi)


“Düşüncəmiz” Veblaqı sıradan çıxarılıb

Güney Azərbaycan Xəbərləri



İran rejimi Güney Azərbaycana qarşı tətbiq etdiyi informasiya blokadası (mühasirə) siyasətini daha da gücləndirib.Qapadılan sayt və Veblaqlar sırasına “Düşüncəmiz” Veblaqı da əlavə oldu. Belə ki, Veblaqın fəaliyyətə başlamasından 2 həftə keçər-keçməz onun istifadəsinə qadağa qoyulub (filtr edilib). Sonra isə ümumiyyətlə Serverdən silinib.Qeyd edək ki, adını çəkdiyimiz Veblaq elmi və analitik (təhlili) məqalələr dərc edirdi. Serverdən silinən Veblaqın adresi bundan ibarətdir:
www.dusuncemiz.blogfa.com



İranda 4 yüksək rütbəli rəsmi müəmmalı şəkildə ölüb

Güney Azərbaycan Xəbərləri



İranda son dörd gün ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) 4 sabiq komandanı müəmmalı şəkildə ölüb. Mansur Turkan, Əhməd Siyafzadə, Abbas Mehri və Vəfa Aferiyandir. Rəsmi məlumatlarda İranın Telekommunikasiya Şirkətinin İdarə Heyətinin sədri Vəfa Aferiyanın naməlum xəstəlikdən, İmam Hüseyn Universitetinin mədəniyyət fakültəsinin dekan müavini Abbas Mehri və “Yademan sazeh” şirkətinin rəhbəri Mansur Turkanın beyinlərinə qan sızmasından və “Sepah”ın Hərbi Universitetinin keçmiş rektoru Əhməd Siyafzadənin ürək tutmasından vəfat etdiyi bildirilir. Ancaq İranda önəmli postlara sahib olan komandanların ölümü ölkə daxilində bəzi şübhələrə yol açıb.


İsrail İrana sanksiyalara görə Aİ-yə təşəkkür edib

Güney Azərbaycan Xəbərləri


Ötən gün Avropa Birliyinin Xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton İsrail dövlətinə rəsmi səfərdə olub. Səfər çərçivəsində xanım Eşton İsrail prezidenti Şimon Peres və müdafiə naziri Ehud Barakla görüşlər keçirib.

Xatırladaq ki, Eştonun səfəri Avropa Birliyinin ABŞ-ın İrana qarşı sansksiyalarına qoşulması qərarından bir gün sonraya təsadüf edib. Həm prezident, həm də nazirin razılığı ilə qarşılanan İran nüvə proqramına qarşı sanskiyalar görüşlərin əsas müzakirə predmeti olub. İsrail prezidenti Şimon Pered AB-nin sanksiyalara vaxtında qoşulduğuna görə minnətdarlıq bildirərək, problemin təhlükəli mərhələyə qədəm qoymazdan əvvəl sülh yolu ilə həll edilməli olduğunu diqqətə çatdırıb. Eşton sanksiyalara qoşulma qərarının İranı danışıqlar masasına qaytarmaq üçün rəsmi Tehrana açıq mesaj olduğunu deyib.

“Dünənki gün onunla dəyərli oldu ki, Avropa Birliyi ailəsi İran hökumətini danışıqlar masasına qaytarmaq üçün açıq mesaj göndərdi. İranı bir il əvvəl İstanbulda “masa üzərində” qoyub getdiyi məsələlərə yenidən yiyə çıxmağa dəvət etdi. Bizim və onların özlərinin irəli sürdüyü ideyaları nəzərdən keçirməyə dəvət etdi”, deyə K. Eşton qeyd edib.

İki gün əvvəl İrans qarşı tədbirlər paketi AB-nin 27 üzv dövləti tərəfindən təsdiqlənib. AB-nin tədbirlər paketində İrandan xam neft və neft məhsulları idxalına təcili embarqonun tətbiq edilməsi kimi sanksiyalar nəzərdə tutulur.


Avstraliya İrana qarşı sanksiyalara qoşuldu

Güney Azərbaycan Xəbərləri


Avstraliya Avropa Birliyinin İran neftinə qoyduğu sanksiyalara qoşulduğunu bəyan edib. Bunu Avstraliyanın Londonda səfərdə olan xarici işlər naziri Kevin Radd yanvarın 24-də jurnalistlərə açıqlamasında bildirib.
Yanvarın 23-də Brüsseldə bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri quruma üzv ölkələrin İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaq edilir.
Kevin Radd deyib ki, Avstraliya İrandan neft idxalına sanksiya qoymaqla yanaşı İran İslam Respublikasına qarşı digər sanksiyaları da tətbiq etməyi nəzərdə tutur: “Bu, İran İslam Respublikası üçün bir mesajdır. İran başa düşməlidir ki, onun dünyadakı rəftarı qəbul edilməzdir”.

Iran Tehrandakı Danimarka səfirinə etirazını bildirib

Güney Azərbaycan Xəbərləri


İran Avropa İttifaqının ölkənin neft ixracına qadağa qərarının məntiqsiz olduğunu deyərək, Tehrandakı Danimarka səfirinə etirazını bildirib. İranın hökumətin nəzarətindəki İRNA xəbər agentliyinin bildirdiyinə görə, Avropa Birliyinə üzv 27 dövlətin İrana qarşı iyul ayının 1-dən etibarən qüvvəyə minəcək sanksiyaların tətbiqi barədə razılıqdan sonra İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əli Əsgər Haci Danimarka səfiri ilə görüşüb.
Hal-hazırda Danimarka İranda Avropa Birliyinin rotasiya üzrə prezidentliyini icra edir.
Bu arada Avstraliya Avropa İttifaqının İrandan neft ixracına qoyduğu qadağaya əməl edəcəyini deyib. Avstraliyanın xarici işlər naziri Kevin Radd bu gün deyib ki, onun ölkəsi İranın Mərkəzi Bankı da daxil edilməklə, Avropa Birliyinin bazar ertəsi qəbul etdiyi yeni sanksiyalarda iştirak edəcəyini deyib. Bu sanksiyalar Qərbin İranın nüvə proqramına qarşı həyata keçirdiyi kampaniyanın bir hissəsidir.
İran Avropa Birliyinin addımlarının qeyri-qanuni və məntiqsiz olduğunu deyir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst neft və qazla zəngin olan İrana qarşı sanksiyalar tətbiq edilməsinin mümkün olmadığını deyib.
Avropa Birliyi Yunanıstan, İspaniya və İtaliya kimi ölkələrin alternativ yollar tapmasına vaxt qazanmaq üçün sanksiyaların iyul ayının 1-dək qüvvəyə minməyəcəyini bildirib.



İranla İraq arasında gərginlik yaranıb

Güney Azərbaycan Xəbərləri



İranla İraq arasında gərginlik yaranıb. Şimali İraq sərhədçiləri İranla sərhəddəki Hanakin kəndi yaxınlığında İran-İraq sərhədini keçməyə cəhd göstərən iranlı iki silahlı hərbçini həbs edib. Şimali İraqın Sərhəd Mühafizə İdarəsinin komandanı Serçil Əbdülkərim onlardan birinin zabit Daryuş Kərəmi, digərinin isə sıravi əsgər Abbas Əli Türk olduğunu bildirib. İraq rəsmisi İran hökumətinin onlarla dəfələrlə təmasa keçərək hərbçilərinin qaytarılmasını tələb etdiyini deyib: “Ancaq biz bu tələbi qəbul etmədik. Çünki bunların hansı səbəbdən silahlı olaraq sərhədi keçdiklərini öyrənməyimiz lazımdır. Onlar təcridxanada sorğusu tamamlanan kimi həbs olunublar. İranlı hərbçilərin azaraq yollarını itirdikləri və bilmədən sərhədi keçdikləri ilə bağlı ifadələri gerçəyi əks etdirmir. Çünki bu iki hərbçi İran Sərhəd Qoşunlarında xidmət etmirlər, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) bağlıdırlar. Bu da bizdə onların kəşfiyyat məqsədilə sərhədi keçdiklərinə dair şübhə yaradır. Hər halda xüsusi tapşırıqla bura gəldikləri açıq-aşkar ortadadır”.
İranın öldürmək istədiyi müəllim danışdı: “Məni məktəbin ətrafında və yaşadığım ərazidə izləyiblər”
Ötən həftə Bakıda üstü açılan terror cəhdinin hədəfləri paytaxtdakı “Şabad Or Avner” yəhudi məktəbinin iki işçisi olub.
Bu barədə məlumatı İsrailin “Haaretz” nəşri yayıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki nəfəri saxladığı haqda məlumatına istinad edən qəzet bildirir ki, bu şəxslər yəhudi məktəbinin müəllimi Şneor Seqal və Mati Lyuisi qətlə yetirməyi planlaşdırıb.
“Haaretz” ehtimal edir ki, Bakıda yəhudilərin qətli bir qədər öncə Tehranda öldürülmüş İranın nüvə aliminin intiqamını almaq cəhdi də ola bilər.
“Azərbaycanın xüsusi xidmət orqanları bizi məlumatlandırmadan gizli şəkildə hərəkət ediblər”. Yəhudi məktəbinin müəllimi Şneor Seqal terrorun üstünün açılması xəbərini belə şərh edib. O, habelə bildirib ki, şübhələndiyi şəxslər öncə onu məktəb ətrafında, daha sonra isə yaşadığı ərazidə izləyiblər.
Xatırladaq ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib.
Bu xəbər oxucular tərəfindən 1531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed