Şrift:
MSK yeni layihəyə start verib
28.08.2015 [11:19] - Xəbərlər, MDH
Mərkəzi Seçki Komissiyası 2015-ci ildə Milli Məclisə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı yeni layihəyə start verib.

MSK-dan verilən məlumata görə, Komissiyanın maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının kompüter mütəxəssislərini əhatə edir.

Belə ki, Milli Məclisə seçkilərə hazırlıq məqsədilə 2015-ci il avqustun 28-də dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminara başlanılıb. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.

Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed