Şrift:
"Qardaşın qardaşa köməyinin reklamınımı edəcəkdik?
27.01.2012 [23:33] - Xəbərlər
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu keçən həftə Azərbaycanda olub, müxtəlif görüşlər keçirib.

Türkiyənin Hürriyət qəzetinə istinadən bildirilir ki, Prezident İlham Əliyevlə görüşən və bir çox təşkilatları ziyarət edən qrup üzvləri "erməni soyqırımı"nı inkara görə cəza nəzərdə tutan qanunun Fransa Senatından keçməməsi üçün Azərbaycan hökumətinin gördüyü tədbirlə barədə çıxışları dinləyib.

Qrup üzvü, MHP-nin Iğdır millət vəkili Sinan Oğan ölkəsinə qayıtdıqdan sonra yerli "Hürriyet" qəzetinə bildirib ki, Azərbaycanın iqtidarı, müxalifəti, mətbuatı hər şeyi edib: "Əliyev deyir ki, biz bunları etmək üçün Türkiyədən bir tələb gəlməsini gözləmədik, bu, onsuz da bizim etməyimiz lazım olan iş idi və etdik".

Sinan Oğan açıqlamasında bildirib ki, İlham Əliyev "bunları Türkiyə mətbuatı niyə bilmir" deyə sual edən qrup üzvlərinə cavab olaraq deyib ki, biz qardaşın qardaşa dəstəyini mətbuata çıxarıb, bunları, bunları etdik deyə bilmərik, biz qardaşıq".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan prezidenti bu məsələnin təkcə Türkiyəyə qarşı deyil, Türk Dünyasına, Azərbaycana qarşı edilmiş bir təhqir olaraq gördüyünü bildirib və edilənləri Türkiyə ictimai rəyinə duyurmaq kimi bir qayğısının olmadığını bildirib.

Sinan Oğanın sözlərinə görə, "qardaşın qardaşa köməyinin reklamınımı edəcəkdik? - deyən İ.Əliyev qrup üzvlərinə bildirib ki, digər türk respublikaların başçılarını da arayaraq, onlardan da bu məsələdə dəstək istəyəcək.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed