Şrift:
İran parlamenti Avropaya neft ixracını dayandırmaq barədə qanun layihəsini müzakirəyə çıxaracaq
28.01.2012 [01:05] - Xəbərlər
Yanvarın 29-da İran parlamenti Avropaya neft ixracını dayandırmaq barədə qanun layihəsini müzakirəyə çıxaracaq. Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, millət vəkili Hüseyn İbrahimi bildirib. Onun sözlərinə görə, İran parlamenti bazar günü bu məsələni müzakirə edəcək: “Biz Avropaya neft ixracını bir həftə içərisində dayandırmaq niyyətindəyik. Hazırda Avropada qış mövsümü olduğunu, havaların kəskin soyuq keçməsini nəzərə alsaq, qəbul edəcəyimiz qərarın Avropa ölkələrinə böyük zərbə vuracağına inanırıq. Bu da böhran içərisində olan Qərb ölkələrinin iqtisadiyyatını əvvəlkindən daha da çox zəiflədəcək”.
İran parlamentinin enerji komissiyasının üzvü, deputat Müvəyyid Hüseyni Sədr də millət vəkillərinin Avropaya neft ixracını dərhal dayandırmaq barədə qanun layihəsini müzakirə etməyə hazırlaşdıqlarını deyib: “Bəzi deputatlar İranın Avropa Birliyi ölkələrinə neft ixracının dərhal dayandırılmasını istəyir. Bu vəziyyətdən ən çox qurum üzvləri zərər görəcək. Avropa ölkələrinin neft ehtiyacının 18%-ə qədərini İran nefti qarşılayır. Əgər ixrac dayanarsa, geri addım atmayacağıq. Avropa əsla İranın keyfiyyətli nefti üçün alternativ tapa bilməyəcək. Səudiyyə Ərəbistanı öz neftini İran neftinin yerinə Avropaya satacağını açıqlamaqla ağılsızcasına hərəkət edir. Çünki bunu edə bilməyəcək, əks təqdirdə daxili etirazlarla qarşı-qarşıya qalacaq”.
Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə, ümumilikdə 12 hüquqi və fiziki şəxsinə sanksiya qoyub.
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed