Şrift:
Hinduların qədim türklərdən olduğu sübut olundu
28.01.2012 [12:53] - Xəbərlər
Amerika hindularının soykökü Altaydan gəlir

Altay muxtar respublikası və Amerikan yerli hindu əhalisindən götürülən DNT analizləri hər iki qrupun eyni genetik kökə aid olduğunu müəyyənləşdirib. Bu haqda Daily Mail qəzeti yazır. Tədqiqatların nəticəsi göstərir ki, genetik köklərin bir-birindən ayrılması 13-14 min il əvvələ təsadüf edir. Sibir sakinləri 15-20 min il əvvəl Berinq boğazını keçərək Amerikada yerləşiblər. Pensilvaniya universitetinin elmlər doktoru Teodor Şurr: “Altay elə bir yerdir ki, min illər boyu insanlar ora yerləşib və ordan köç ediblər. Altaydan köç edənlər arasında Amerika hindularının əcdadları da var. 20-25 min il əvvəl onlar öz genetik köklərini əvvəlcə Sibirin ucqarlarına, sonra Amerika qitəsinə gətiriblər. ”

Tədqiq edilən nümunələrin çoxluğu nəticənin dəqiq olduğunu sübut edir. Qəzet “American Journal of Human Genetics” məqaləsinə istinad edir. Alimlər həmçinin Q xəttinə aid olan unikal Y-xromosomu aşkarlayıblar. Bu xromosom yerli Amerika hinduları və cənubi Altay sakinlərində eynilik təşkil edir.

Altayın yerli sakinləri Altay türkləridir. Altay bütün türklərin ilkin vətəni kimi tanınır.
Bu xəbər oxucular tərəfindən 4133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed