Şrift:
Sürücülər...DİQQƏT!!!
28.01.2012 [16:33] - Gündəm
Bu gün Bakıda sərnişin avtobuslarının da iş vaxtı tez başa çata bilər.

Azərbaycan ərazisində güclü qar yağması və yolların buz bağlaması ilə əlaqədar bu gün paytaxt Bakıda daxili reyslərlə hərəkət edən marşrut avtobuslarının sayı adi günlərə nisbətən məhdudlaşdırılıb.

Nəqliyyat Departamentinin yetkilisi Yunis Abdullayev bildirib ki, şəhərdəki avtobusların sayı sərnişinləri daşımaq üçün kifayət qədərdir və şənbə günlərinin adi rejiminə uyğundur. Bununla yanaşı, yolların buz bağlaması və hərəkətin çətinləşməsi avtobusların işinə problem yaradır: «Xətlərdə kifayət qədər avtobus olmasına baxmayaraq, yollar pis olduğuna görə, onların bir hissəsi son dayanacaqlarda qalıb. Nəticədə, normal şərait qrafiki dəyişib, gözləmələr artır». Bu isə avtobusların hərəkət qrafikinin pozulmasına, gözləmələrin artmasına səbəb olur. Bundan başqa, küçələrdəki adi avtomobillər də avtobusların hərəkətinə mane olur – qarlı yol şəraitin bu maneçilik daha çox hiss olunur.

Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənov da bildirib ki, kəskin hava şəraiti səhər saatlarında bəzi istiqamətlərdə avtobusların hərəkətinə mane olub: «Sumqayıt, Sulutəpə, Yasamal və Badamdar istiqamətində müəyyən problemlər olmayıb, amma avtobuslar müntəzəm işləyir. Lakin yollardakı vəziyyətə görə avtobuslar gecikmə ilə işləyir, buna baxmayaraq, ciddi problem yoxdur».

Hava şəraiti və yolların vəziyyəti bu gün avtobusların iş vaxtına da təsir edəcək. «Sərnişin Nəqliyyat» ASC nümayəndəsinin sözlərinə görə, bu gün avtobusların iş vaxtının adi günlərə nisbətən daha tez qurtarması gözlənilir: «Əgər hava şəraiti belə davam etsə və deyildiyi kimi daha da pisləşsə, yəqin ki iş rejimi də qısalacaq. Çünki maşınların və sürücülərin də mənzil başına çatması təmin olunmalıdır. Üstəlik bu gün istirahət günüdür, hava da pisdir, sakinlər çox hərəkət etmirlər».

Normal iş rejimində avtobuslar axşam saat 23:00-a qədər işləyir.
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed