Şrift:
Azərbaycan Türkiyənin yanında olub, bundan sonra da olacaq
30.01.2012 [14:20] - Xəbərlər
Milli Məclisin sədr müavini: “Azərbaycan Türkiyənin yanında olub, bundan sonra da olacaq”

“Türkiyə mətbuatında zaman-zaman ölkələr arasında münasibətlərə kölgə salmaq niyyəti ilə yazılar yazılır. Amma iki ölkə arasında münasibətlər yüksək səviyyədədir”. Bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, iki ölkənin birgə fəaliyyəti bəzi dairələri qane etmir, bu səbəbdən də belə yazılar ortaya çıxır: “Milli Məclis olaraq əlimizdən gələni etdik ki, Fransa parlamentində yalançı “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun qəbul olunmasın. Amma təəssüf ki, qanun həm aşağı palatada, həm də Senatda qəbul olundu. Azərbaycan Türkiyənin yanında olub, bundan sonra da olacaq. Bunu təftiş edənlərə demək istəyirik ki, özlərini yormasınlar. Biz tarixən bir yerdə olmuşuq, bundan sonra da belə olacaq”.

Parlament aparatının rəhbəri Səfa Mirzəyev isə bu cür yazıları “cılız siyasət” adlandırıb və Türkiyə mətbuatında yer alan bəzi yazıların iki ölkə arasında münasibətlərə kölgə salmaq niyyəti güddüyünü söyləyib.
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed