Şrift:
MDHP 17 namizədlə mübarizə aparacaq
10.10.2015 [13:06] - Xəbərlər, MDH, Bildiriş
Cəmiyyətdə milli mövqeyi ilə seçilən, hazırda Parlamentdə təmsil olunan müxalifət partiyası kimi, hökumət qarşısında ən çox təkliflə çıxış etməsiylə daim gündəmdə qalan Milli Dirçəliş Hərəkatı Partiyası 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə 17 namizədlə mübarizə aparacaq. Partiyadan verilən məlumata görə seçkilərdə iştirak etmək üçün MDHP-dən 63 namizəd irəli sürsə də, onlardan 17 nəfərin namizədliyi qeydə alınıb.

Qeydə alınan namizədlər aşağıdakılardır:
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən QuliyevFərəc İbrahim oğlu - MDHP sədri, millət vəkili;

9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Ələkbərov Həbib Müzəffər oğlu - MDHP ideoloji işlər üzrə sədr müavini;

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən Manafov Elşən Mirzəoğlu - müəllim, politoloq;

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən Məsumov Sərvər Şıxəli oğlu - yazıçı-publisist, Yazıçılar Birliyinin üzvü;

27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Nəzmiyyə Piriyeva Salman qızı (NəzmiyyəHicran) – Yazıçılar Birliyi və İraq-Türkmən Yazıçılar Birliyinin üzvü, MDHP sədrinin müşaviri;

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən Bayramov Ağalar Xanlar oğlu - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın əməkdar artisti;

33 saylı Xətai Birinci Seçki Dairəsindən Rzazadə Cavanşir Alunbət oğlu -iqtisadçı, hüquqşünas;

44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Qurbanov Füzuli Məhəmməd oğlu - fəlsəfə elmləri doktoru, professor, Fəlsəfəvə Hüquq İnistitunda şöbə müdiri;

50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən Məmmədov İlqar İmran oğlu - mühəndis;

51 saylı Qusar Seçki Dairəsindən Piriyev Fəzahim İman oğlu - mühəndis, hüquqşünas;

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən Səfərov Rza Əlioğlu – jurnalist, ehtiyatda olan zabit;

80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən Xankişiyev Vüqar Əsgəroğlu – fermer;

81 saylı Beyləqan Seçki Dairəsindən QuliyevFüzulu İsmayıl oğlu – hüquqşünas;

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən Əzimov İlqar Veyis oğlu - MDHP Ali Məclisinin üzvü, həkim;

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Əsədov Orxan Sərdar oğlu - müəllim;

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Qurbanov Yaşar Rəşidoğlu - müəllim;

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Mirzəzadə Rəfail Məhəmməd oğlu - həkim.


Qeydedəkki, Milli Dirçəliş Hərəkatı Partiyanın lideri, millət vəkili Fərəc Quliyev Azərbaycanın “müstəqillik aktını” hazırlayan və ona səs verən istiqlalçı deputatlardan biri və Soyuq Zirvəsinin azad edilməsi əməliyyatına komandirlik etmiş müharibə veteranıdır.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed