Şrift:
Güney Azərbaycan Xəbərləri
31.01.2012 [12:06] - Gündəm
Tanınmış Güney azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) Aclıq Aksiyasına başlayıb


Güney Azərbaycan Xəbərləri



Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) hakimiyyətin qanunsuz tutuqlamalarına etiraz əlaməti olaraq Aclıq Aksiyasına başlayıb.

Qeyd etmək lazımdır ki, son günlərdə Milli Hərəkat fəallarının tutuqlanmasında yeni dalğa başlayıb. İbrahim Rəşidi dətutulanlar sırasındadır. Onun tutuqlanmasından bir həftədən çox keçsədə, o, hələdə öz ailəsi ilə telefon əlaqəsi saxlamağa nail olmayıb.Yaxalandığı gündən bəri Aclıq Aksiyasına başlayan İbrahim Rəşidinin səhhəti barədə heç bir məlumat yoxdur. Bu isə onun ailəsinin xüsusi nigaranlığına səbəb olub.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçmiş illərdə də dəfələrlə tutuqlanıb və həbs olunub.




Güney Azərbaycan milli hərəkat fəalı Rza Əbrinin məhkəmə iclası keçirilib

Güney Azərbaycan Xəbərləri





Təbrizin inqilab məhkəməsinin 3-cü şöbəsində azərbaycanlı fəal Rza Əbrinin məhkəmə iclası keçirilib.2012-ci il yanvarın 29-da keçirilən məhkəmə iclasına hakim Bəyat sədrlik edib və vəkil xanım Sattari azərbaycanlı fəalı müdafiə edib.Qeyd edək ki, Əbri 2011-ci il oktyabrın 15-i (1390-cı il mehrin 23-ü) Təbrizin İmam Rza xəstəxanasında təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və 15 gün müvəqqəti saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.Azərbaycanlı fəal sistemin əleyhinə təbliğdə suçlanıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də mərhum Çingiz Bəxtavərin dəfn mərasimində tutuqlanıb və 1 il həbsə məhkum edilib. O, məhkəmə hökmünə etiraz etdiyi üçün hələlik qərar icra olunmayıb.



Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib, 2 nəfər tutuqlanıb

Güney Azərbaycan Xəbərləri






Urmuda qardaş şəhərlər Təbriz və Urmu bələdiyyələrinin voleybol takımları arasında keçirilən müsabiqədə həyəcanlı anlar yaşanıb və milli şüarlar səsləndirilib.Əlqədir stadionunda (stadyom) keçirilən müsabiqəni təxminən 4000 nəfər izləyib. Mesabiqə (3 – 0) hesabı ilə Urmunun xeyirinə yekunlaşıb.Stadionda çoxsaylı polis qüvvələri olsada tamaşaçılar milli şüarlar səsləndiriblər. Urmulu tamaşaçılar hər iki qardaş takımı təşviq ediblər. Məlumata görə, şüar səsləndirən 2 nəfər soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.
Səsləndirilən şüarlar bunlardan ibarət olub:
Təbriz xoş gəlibsən
Nə Urmu, Nə Təbriz – Azərbaycan əzizimiz
Azərbaycan timləri (takımları)– Fərqi yoxdur rəngləri
Yaşasın Azərbaycan
Yaşasın Təbriz – Yaşasın Urmiyyə
Azərbaycan var olsun – İstəməyən kor olsun
Təbriz, Təbriz, Təbriz, ...
Urmiyyə, Urmiyyə, Urmiyyə, ....
Biz Hara farslar hara?!



İranın Ali Məhkəməsi Səid Məlekpura çıxarılan ölüm hökmünü dəyişməyib

Güney Azərbaycan Xəbərləri




İran İslam Respublikasının Ali Məhkəməsi gənc bloqçu Səid Məlekpura çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.
Səid Məlekpur əslən iranlıdır, 2004-cü ildə Kanadaya mühacirət edib, Kanadadan vətəndaşlıq alıb. O, 2008-ci ildə xəstə atasını görmək üçün İrana gələndə tutulub.
İranda mühakimə olunan Səid Məlekpur öz bloqunda islama zidd materiallar, pornoqrafik şəkillər yaymaqda, Yer üzündə fəsad törətməkdə təqsirli bilinib və ona ölüm hökmü çıxarılıb.
Gənc bloqçunun ailəsi və insan hüquqları üzrə beynəlxalq təşkilatlar Səid Məlekpurua qarşı irəli sürülən bütün ittihamları rədd etsə də, İranın Ali Məhkəməsi ölüm hökmünü dəyişməyib.

İran hökuməti ölkədə doğulan hər bir körpəyə vəd etdiyi pulu ödəyə bilməyəcəkGüney Azərbaycan Xəbərləri


İranın hökuməti ölkədə doğulan hər bir körpəyə verilməsi vəd edilən 1 milyon tüməni ödəyə bilməyəcəyini açıqlayıb.Bu barədə İranın kooperasiya, əmək və ictimai təminat naziri Əbdülrza Şeyxülislami İran mətbuatına bildirib. Onun sözlərinə görə, ölkədə bunu tənzimləyəcək qanun yoxdur, həmçinin dövlət büdcəsindən də bunun üçün heç bir vəsait ayrılmayıb. Qeyd edək ki, 2011-ci ildə İran prezidenti Mahmud Əhmədinejad ölkədə doğulan hər bir körpə üçün bank hesabı açılacağı və həmin hesaba dövlət büdcəsindən 1 milyon tümən köçürüləcəyi barədə vəd vermişdi. Bu da həmin körpələrin böyüyəndə hesablarındakı puldan sərmayə kimi istifadə edə bilməsi üçün həyata keçiriləcəyi ilə izah edilmişdi.



Şirin İbadi xalqdan iranda parlament seçkilərini baykot etməyi istəib

Güney Azərbaycan Xəbərləri



Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi jurnalistlərə açıqlamasında İranda parlament seçkisinin boykot olunmasını, 11 aya yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.
Şirin İbadi İran xalqını parlament seçkisinə qatılmamağa çağırıb: “Mən İran xalqından istəyirəm ki, bu ilin mart ayında keçiriləcək saxta parlament seçkisini boykot etməklə İran İslam Respublikası rejiminin legitim olmadığını bir daha dünya ictimaiyyətinə nümayiş etdirsinlər. Mən həmçinin dünyanın bütün azadlıqsevər insanlarından xahiş edirəm ki, İranda əqidə və siyasi düşüncəsinə görə həbsdə saxlanan bütün siyasi məhbusların, eləcə də Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılması üçün əllərindən gələni əsirgəməsinlər”.
Bu xəbər oxucular tərəfindən 1663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed